• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 28-09-2026 Tramp marşrutunun sahibi kim olacaq? Paşinyan pay bölgüsünü açıqladı
  • 28-09-2026 Gədəbəy rayonuna icra başçısı təyin edilib
  • 28-09-2026 Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
  • 28-09-2026 Naftalan şəhərinə icra başçısı təyin edilib
  • 28-09-2026 Qaradağ rayonuna icra başçısı təyin edilib
  • 28-09-2026 Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
  • 28-09-2026 Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
  • 28-09-2026 Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
  • 28-09-2026 Gələn il maaşlar artacaq?
  • 28-09-2026 Bakı-Naxçıvan-Bakı aviareysi təxirə salındı
  • 28-09-2026 Rəşad Ismayılovun kadrı cənubda "meydan" sulaylr
  • 28-09-2026 Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıb
  • 28-09-2026 Azərbaycanda hava kəskin dəyişir - Proqnoz verildi
  • 28-09-2026 Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN
  • 28-09-2026 Əvəz Zeynallı vəfat etdi
  • 28-09-2026 Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlərə layiqli cəzalar verilib - Baş Prokuror
  • 28-09-2026 Milli Məclisdə 16 mühüm məsələ müzakirə olunacaq
  • 28-09-2026 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
  • 28-09-2026 Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - Dosye
  • 28-09-2026 Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib

XƏBƏRLƏR

    Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
    Bu gün "Formula 1"in qalibi bəlli olacaq
    "Formula-2": Mari Boya yarışı vaxtından əvvəl dayandırdı
    “Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
    Formula 1 və Formula 2 üzrə Bakı Qran-Prisi start götürür
    Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
    “Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
    Mourinyo "Real"a nəhəng ekranla məşq keçir
    Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
    "Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
Dünən, 20:25

Tramp marşrutunun sahibi kim olacaq? Paşinyan pay bölgüsünü açıqladı

Tramp marşrutunun sahibi kim olacaq? Paşinyan pay bölgüsünü açıqladı


Nikol Paşinyan BMT tribunasından bildirib ki, yaradılacaq TRIPP inkişaf şirkətində ABŞ ilkin olaraq 74, Ermənistan isə 26 faiz paya sahib olacaq. Razılaşma uzadılarsa, 50-ci ildə Ermənistanın payı əlavə sərmayə qoymadan 49 faizə çatacaq. Ermənistan Meğri və Yerasx dəmir yollarını bərpa etməyi, Azərbaycan–Naxçıvan və Ermənistan–Türkiyə dəmir yolu bağlantılarını açmağı planlaşdırır.

Bu arada, ilk dəfə layihənin kommersiya və mülkiyyət mexanizmi barədə konkret rəqəmlər açıqlanıb. Azərbaycan tərəfinin şirkətdə iştirak edib-etməyəcəyi, tariflər, təhlükəsizlik və keçidin fasiləsizliyi barədə hələ açıq suallar var.

Azərbaycan TRIPP şirkətində pay alacaqmı? Marşrutun təhlükəsizliyinə kim cavab verəcək? Tarifləri və yüklərin buraxılma qaydasını hansı tərəf müəyyənləşdirəcək? Layihə Zəngəzur dəhlizi anlayışına nə dərəcədə uyğundur?

"Alyans" araşdırmalar mərkəzinin rəhbəri Abutalıb Səmədov Muavat.com-a bildirib ki, BMT Baş Assambleyasında Paşinyan bir maraqlı fikir də söylədi, Tramp Marşrutunu sülh kəsişməsi adlandırdı: “Məumdur ki, Zəngəzur dəhlizinə alternativ olaraq Paşinya hökuməti “Sülh kəsişməsi layihəsi” ortaya qoymuşdu və onu ilk dəfə Gürcüstanda təqdim elədi. Uzun müddət müxtəlif ölkələrdə bu layihə barədə Paşinyan məlumatlar verdi. İndi artıq əvvəlki mövqeyindən imtna eləyib və Zəngəzur dəhlizini sülh kəsişməsi adlandırır. Hesab edirəm ki, bu cür adlandırmaqda tamamilə haqlıdır. Azərbaycanın bu layihədə pay almaq imkanı varmı? Pay bölgüsü məlumdur. 76 faiz ABŞ-yə, 26 faiz Ermənistana nəzərdə tutulur. Əgər tərəflərdən hər hansı biri səhmlərinin bir hissəsini satmaq istəsə təbiidir ki, Azərbaycan da burada payçı ola bilər. Ancaq hələlik iki payçı var və yaxın zamanlarda əlavə payçıların buraya daxil olma imkanı o qədər də real görünmür. Lakin bir müddət sonra Azərbaycanın orada təbiidir ki, payçı olmaq imkanı var. Ümid edək ki, bu, belə də olacaq. Hər halda ilk növbədə ictimai rəy müəyyən qədər dəyişməlidir. Hesab edirəm hətta indi də Ermənistan hökuməti öz payının müəyyən hissəsini satmağa hazır olar. Ancaq bunu Ermənistan cəmiyyəti qəbul eləyərmi? Görünür, biraz zamana ehtiyac var”.
TRİPP-in təhlükəsizliyinə cavabdeh olacağına gəlincə, ekspert qeyd edib ki, bu barədə hələlik konkret məlumat yoxdur. Çünki imzalanan sənədlər açıqlanmayıb: “Müəyyən qısa məlumatlar verilib. Ancaq ehtimal eləmək olar ki, burada ağırlıq əsasən ABŞ-nin üzərinə düşəcək. Lakin Ermənistan da müəyyən qədər bu təhlükəsizliyin təminatında iştirak eləyəcək. Tarifləri və yüklərin buraxılma qaydasını təbiidir ki, 76 faiz paya sahib olan ABŞ müəyyənləşdirəcək”.

TRİPP layihəsinin Zəngəzur dəhlizi anlayışına nə dərəcədə uyğun olub-olmadığına gəldikdə isə A.Səmədov hesab edir ki, Zəngəzur dəhlizi 2020-ci il 10 noyabr razılaşmasının 9-cu bəndinə əsasən yaradılmalı və fəaliyyət göstərməli idi: “Orada açıq şəkildə iki mühüm məqam göstərilirdi. Birincisi, təhlükəsizliyə zəmanət Rusiya sərhədçiləri tərəfindən verilməli idi. İkincisi, Zəngəzur dəhlizində maneəsiz hərəkət təmin olunmalı idi. Maneəsiz hərəkət anlayışı Minsk Qrupunun Laçın dəhlizi üçün təklif etdiyi layihəyə görə ekstratriterial olmalı idi. Bu, həm Laçın dəhlizinə, həm də Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək dəhlizə aid idi. Ancaq Ermənistan cəmiyyəti bu ekstratriteriallığa eturaz elədi. İndi maneəsiz hərəkət necə təmin olunacaq? Burada insanlar iştirak eləyəcəkmi, yoxsa yalnız texnikalar vasitəsilə müəyyən yoxlama işləri aparılacaq, bu, hələ də məlum deyil. Ancaq ehtimal budur ki, Naxçıvan-Ermənistan sərhədində və Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfdən yoxlama işlərində insanlar iştirak etməyəcəklər. Lakin əslində əgər əvvəlcədən biz Minsk Qrupunun təklfilərə baxsaq orada ekstratriteriallıq maneəsiz hərəkət kimi göstərilir. Çox güman ki, cəmiyyətin etirazından ehtiyatlanan İrəvan burada cihazlar vasitəsilə yoxlamaların keçirilməsinə çalışacaq. Bu məsələdə müəyyın qədər Zəngəzur dəhlizi layihəsindən fərqlilik var”.

Etibar Seyidağa,
Musavat.com

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az