Ukrayna Rusiya ilə müharibəni yaxın perspektivdə səngitməkdən daha çox uzaqmənzilli hücumların mümkün qədər intensivləşdirilməsinə yönəlik planlar qurduğunu biruzə verir... Siyasi-diplomatik kanallarla savaşın dayandırılması ilə bağlı müzakirələr mərhələsində Rusiyaya qarşı sarsıdıcı zərbələr rəsmi Kiyevin sülh danışıqları strategiyasında önəmli təzyiq alətinə çevrilir...
Rusiya-Ukrayna müharibəsində savaş meydanından uzaqda yerləşən strateji infrastrukturun hədəfə alınması prosesi yeni mərhələyə keçir. Ukrayna ordusu uzunmənzilli zərbələrlə Rusiyanın neft emalı və hərbi logistika sisteminə təzyiqləri artırır. Ona görə də, Rusiyanın yanacaq infrastrukturu artıq yalnız hərbi deyil, həm də iqtisadi və qlobal enerji təhlükəsizliyi probleminə çevrilir. Son vaxtlar Moskva vilayətindəki neft obyektinə endirilən zərbə və Rusiyanın digər emal müəssisələrinə qarşı davam edən hücumlar Ukraynanın bu önəmli strategiyasının miqyasını daha aydın göstərir.
Onu da qeyd etmək lazımdır ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Moskva vilayətindəki obyektlərə uzaqmənzilli zərbələrin nəticələrini açıqlayıb. Onun sözlərinə görə, hücum zamanı Rusiyanın neft sektorunun əsas müəssisələrindən biri və hərbi logistika obyekti ciddi zədələnib. Və Ukraynanın bu hücumu Moskva vilayətindəki neft emalı infrastrukturuna qarşı zərbələrin məhz birbaşa Rusiya iqtisadiyyatının “strateji damarlar”ını hədəfə aldığını göstərir.
Maraqlıdır ki, rəsmi Kiyev Ukrayna ordusunun bu hücumlarını daha genişmiqyaslı strateji zərbə kampaniyasının tərkib hissəsi kimi təqdim edir. Rəsmi Kiyevin arqumentinə görə, Rusiyanın neft gəlirləri Ukrayna ilə müharibənin maliyyələşdirilməsində əvəzolunmaz rol oynayır. Ona görə də, Rusiyanın məhz neft hasilatı, emalı, yanacaq saxlanması və daşınması infrastrukturu Ukrayna ordusunun uzaqmənzilli zərbələrinin əsas istiqamətlərindən birinə çevrilib.

Məsələ ondadır ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın neft emalı üzrə istehsal potensialının təxminən 45 faizdən çoxunun artıq sıradan çıxarıldığını iddia edib. Eyni zamanda, Rusiyanın ayrı-ayrı neft emalı müəssisələrinin hücumlar nəticəsində fəaliyyətini dayandırması və yanacaq bazarında problemlərin yaranması barədə də əlavə məlumatlar mövcuddur. Və məhz bu önəmli məqam Ukrayna müharibəsində enerji faktorunun iştirak ölçüsünü daha qabarıq şəkildə ortaya çıxarır.
Ancaq Ukrayna tərəfindən neft emalı zavodlarının sıradan çıxarılmasının mövcud nəticələri yalnız Rusiyanın hərbi maşınının yanacaq təminatına neqativ təsir göstərməklə məhdudlaşmır. Belə ki, bu, həm də qlobal enerji bazarlarında da bahalanma prosesini intensivləşdirir. Hətta situasiya o qədər ağırlaşıb ki, ABŞ prezidenti Donald Tramp Kremlin Ukrayna savaşı nəticəsində Rusiyanın enerji sektorunun fəaliyyətinə nəzarəti itirdiyini bildirib. Və Ağ Ev sahibi onu da vurğulayıb ki, Ukraynanın hərbi zərbələri ilə Rusiyanın çoxsaylı neft emalı müəssisələri partladılaraq, ən azından müvəqqəti olaraq, fəaliyyətini dayandırıb.
Digər tərəfdən, Ağ Ev sahibi Donald Tramp Ukrayna müharibəsinin “mənasız və bitməyən” savaş olduğunu bildirərək, onun ən qısa zamanda dayandırılmasına çağırıb. Eyni zamanda, ABŞ prezidenti Ukrayna savaşı ucbatından hər ay təxminən 25 min insanın, əsasən də hərbçilərin həyatını itirdiyini iddia edib. Prezident Donald Trampın bu açıqlamaları xüsusilə də ona görə əhəmiyyətlidir ki, ABŞ artıq diqqəti savaşın hərbi nəticələri ilə yanaşı, bu müharibənin qlobal enerji bazarına vurduğu zərbələrə də yönəltməyə çalışır.

Bütün bunlara parallel olaraq, rəsmi Kiyev Rusiyaya qarşı siyasi-psixoloji təzyiq məkanı da yaratmağa çalışır. Belə ki, prezident Volodimir Zelenski “Ukraynanın Rusiyanı darmadağın edərək, məğlubiyyətə uğratması üçün daha bir 40 günə ehtiyacı var” açıqlaması ilə hətta qlobal məkanda belə, böyük çaşqınlıq yaratmağa nail olub. Onun fikrincə, əgər, Ukrayna bu müddət ərzində Rusiyanın dərinliklərində strateji infrastruktura hərbi zərbələri bir qədər də intensivləşdirməyə nail olarsa, bu, mütləq reallaşa bilər. Və bu, o deməkdir ki, rəsmi Kiyev Kremlə heç bir halda, Rusiyanın şərtlərini müzakirə etmək niyyətində olmadığının mesajını verir.
Maraqlıdır ki, məhz belə bir qəliz situasiyada Türkiyənin Ukraynaya verdiyi açıq siyasi dəstək də rəsmi Kiyevin əlini ciddi şəkildə gücləndirir. Bəzi məlumatlara görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-nin Baş Assambleyasında bu müharibənin məhz Ukraynanın suverenliyi və ərazi bütövlüyü qorunmaqla, başa çatmasının vacibliyini vurğulaması Kremldə böyük təlaşla qarşılanıb. Və bu baxımdan, Rusiyanın Qara dəniz hövzəsindəki aqressiv davranışları ucbatından rəsmi Ankara ilə Kreml arasında soyuqlaşan münasibətlərin indi daha böhranlı mərhələyə keçə biləcəyi də qətiyyən istisna olunmur.
Göründüyü kimi, Rusiya-Ukrayna müharibəsində yeni savaş xəritəsi yalnız Ukraynanın şərqində və cənubunda formalaşmır. Belə ki, Rusiyanın dərinliklərindəki strateji enerji infrastrukturu da bu savaşda əsas zərbə hədəfinə çevrilir. Və üstəlik, ABŞ-dan fərqli olaraq, Türkiyə bu müharibənin məhz beynəlxalq hüquq normaları, yəni Ukraynanın ərazi bütövlüyü çərçivəsində dayandırılmasının vacibliyini xüsusi olaraq, qabardır.
"Yeni Müsavat" Media Qrupu