
Ukrayna ötən gecə Rusiyanın Leninqrad və Krasnodar vilayətlərinə kütləvi dron hücumu təşkil edib.
Nyus.Az musavat.com-a istinadən bildirir ki, Leninqrad vilayətində "Kirişnefteorgsintez" neft emalı zavodunda hücum nəticəsində güclü yanğın başlayıb. "Kirişnefteorgsintez" Rusiyanın ən böyük neft emalı zavodlarından biridir. Emal gücü illik 20 milyon ton neft təşkil edir.
Krasnodar vilayətində isə hücum hədəfi Yeysk aerodromu olub. Zərbələrdən sonra aerodrom ərazisində təkrar partlayışlar qeydə alınmaqdadır.
Nyus.Az

























