
Ukrayna Baş Qərargahı Rusiya ordusunun müharibə zamanı itkiləri ilə bağlı yeni məlumat yayıb.
Nyus.Az xəbər verir ki, açıqlama müharibənin 1624-cü günü üzrə təqdim olunub.
Bildirilib ki, Ukrayna tərəfinin hesablamalarına görə, Rusiya ordusunun ümumi canlı qüvvə itkisi 1 milyon 452 min 880 nəfərə çatıb.
Məlumata əsasən, döyüşlər zamanı Rusiya ordusuna məxsus 12 min 242 tank, 25 min 84 zirehli döyüş maşını, 47 min 396 artilleriya sistemi, 2 min 2 reaktiv yaylım atəş sistemi və 1 540 hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb.
Həmçinin 439 hərbi təyyarə, 354 helikopter, 444 min 455 pilotsuz uçuş aparatı, 130 min 266 avtomobil texnikası, 5 min 7 qanadlı raket, 34 gəmi və kater, 2 sualtı qayıq, eləcə də 4 min 495 xüsusi texnikanın məhv edildiyi iddia olunur.
Qeyd edək ki, tərəflərin müharibə ilə bağlı açıqladığı itki rəqəmləri müstəqil mənbələr tərəfindən tam təsdiqlənmir.
Nyus.Az
























