
İran Vaşinqtonun hərbi əməliyyatından sonra Küveyt və Bəhreyndə ABŞ-ın əsas hərbi infrastrukturuna cavab zərbələri endirib.
Musavat.com xəbər verir ki, məlumatı SEPAH açıqlayıb: "Bu gün keçirilən birgə raket və pilotsuz təyyarə əməliyyatı zamanı Küveytdəki Əli əl-Salim Hava Bazasında və Bəhreyndə Port Salmandakı Beşinci Donanma bazasında uşaq qatillərinin - Amerika hərbi qulluqçularının - səkkiz əsas infrastruktur obyektini ballistik raketlər və dronlardan istifadə edərək məhv edilib".
SEPAH həmçinin Tehranın ABŞ-ın potensial təcavüzünə qarşı cavabının gələcəkdə daha qətiyyətli olacağı barədə xəbərdarlıq edib və atəşkəsin pozulmasına görə əvvəllər əldə edilmiş razılaşmaların tamamilə ləğv edildiyini xatırladıb.
Nyus.Az

























