
ABŞ və İran müharibəni bitirəcək 14 maddəlik sazişi elektron qaydada imzalayıb.
Nyus.Az xəbər verir ki, ABŞ və İran prezidentlərinin sənədi elektron qaydada imzaladığı barədə məlumatlar müxtəlif media orqanlarında yayılıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi də televiziya kanalına açıqlamasında bu məlumatı təsdiqləyib.
“Bəli, sizə bildirim ki, elə indicə biz danışarkən, təxmin edirəm ki, mətn artıq hər iki ölkənin prezidentləri tərəfindən rəsmən imzalanıb. Yəni, indi əslində iyunun 18-dir. Çünki mən proqram üçün təxminən bir saatdır burdayam, lakin onun imzalanması nəzərdə tutulmuşdu və güman edirəm ki, indiyə qədər imzalanıb. Bəli”, - deyə Bəqayi bildirib.
Nyus.Az

























