
ABŞ Tayvana silah satışı ilə bağlı Çinlə məsləhətləşmir.
Nyus.Az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko deyib:
"Biz bu satışlarla bağlı Çinlə məsləhətləşmirik. Onlar bu məsələni müntəzəm olaraq qaldırırlar, amma biz qaldırmırıq. Biz onlarla məsləhətləşmirik və bu, dəyişməyən uzunmüddətli siyasətimizlə uyğundur", - deyə Rubio Vaşinqtonun Tayvana potensial 14 milyard dollarlıq silah satışını dayandırması ilə bağlı suala cavab olaraq bildirib.
"Biz onların mövqeyini bilirik. Onlar bu barədə daim danışırlar", - deyə ABŞ dövlət katibi vurğulayıb və əlavə edib ki, Vaşinqton və Pekin arasında Tayvana silah satışı məsələsində "heç bir danışıqlar və ya məsləhətləşmələr" yoxdur.(Musavat.com)
Nyus.Az

























