• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 08-09-2026 Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... - BUNUN BAŞQA ADI YOXDUR...
  • 08-09-2026 Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
  • 08-09-2026 Beyləqanda ağır qəza: Ölən var
  • 08-09-2026 Şəmkirdə gənc oğlanı qatar vuraraq öldürüb
  • 08-09-2026 Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
  • 08-09-2026 Bakıda Dördüncü İqlim Həftəsinin ikinci günü keçirilir
  • 08-09-2026 Generala AĞIR İTKİ
  • 08-09-2026 Son dəqiqə - Ukraynanın taleyini alt-üst edəcək 7 bəndlik saziş, Vaşinqtonun yeni planı yayıldı
  • 08-09-2026 SON DƏQİQƏ! Neftimiz BAHALAŞDI
  • 08-09-2026 ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
  • 08-09-2026 Ev alarkən satıcıya verilməli olan ilk sual açıqlandı
  • 08-09-2026 Paytaxtın 10 küçəsində tıxac var
  • 07-09-2026 Cənub ekologiyası ağır günlərin yaşayı - FOTO
  • 07-09-2026 Yasamalı rəsmən xaraba günə qoyublar... - Başçı bunları görmürmü?
  • 07-09-2026 Bu müəllimlərin maaşı arta bilər
  • 07-09-2026 Üç ölkə Asiya sularında hərbi təlimə başladı
  • 07-09-2026 Tramp bu ştatın da adının dəyişdirilməsini istəyir, lakin sərəncam verə bilmir
  • 07-09-2026 Rusiya Ukraynada sınaqdan keçirdiyi silahları satışa çıxarıb - 13 milyardlıq sifariş
  • 07-09-2026 Bakı, Göyçay və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq
  • 07-09-2026 Neft bazarında qiymət dəyişikliyi: Nə baş verdi?

XƏBƏRLƏR

    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
    "Fənərbağça" uduzdu, azarkeş öldü
    Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
    "Qarabağ"da gözlənilməz ayrılıq
    Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
    Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
    Süleyman Şükürov Avropa çempionu oldu
30-05-2026, 12:54

Zelenskinin Rza Pəhləvi kartı və Ukraynanın İran strategiyası

Zelenskinin Rza Pəhləvi kartı və Ukraynanın İran strategiyası


Pəhləvilər sülaləsinin varisi, İranın son şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvinin Ukraynanın Odessa şəhərinə səfəri beynəlxalq mediada diqqət çəkən hadisələrdən birinə çevrilib. İran müxalifətinin ən tanınmış simalarından biri hesab olunan Rza Pəhləvi Qara Dəniz Təhlükəsizlik Forumunda iştirak etmək üçün Odessaya gəlib.

Ukrayna mediasının yaydığı məlumatlara görə, onu Odessa vilayətini təmsil edən deputat, Avropa Şurası Parlament Assambleyasının miqrasiya və qaçqınlar komitəsinin sədri Oleksey Qonçarenko qarşılayıb.

Nyus.Az xəbər verir ki, b u səfər adi diplomatik tədbir deyil. Əksinə, Ukraynanın son illərdə İrana münasibətdə formalaşdırdığı yeni siyasi xəttin növbəti nümayişi kimi qiymətləndirilir.

Məsələ ondadır ki, Kiyev artıq uzun müddətdir İranı sadəcə neytral və ya uzaq regional dövlət kimi deyil, Rusiyanın müharibə tərəfdaşlarından biri kimi görür. Ukrayna rəhbərliyi hesab edir ki, İranın Rusiyaya təqdim etdiyi “Şahid” tipli pilotsuz uçuş aparatları Ukrayna şəhərlərinə qarşı həyata keçirilən hücumlarda mühüm rol oynayıb. Bu səbəbdən də Ukrayna hakimiyyəti İranın mövcud siyasi rejiminə qarşı sərt mövqe nümayiş etdirir.

Rza Pəhləvinin Odessaya dəvət olunması da məhz bu geosiyasi kontekst daxilində baş verir. Ukrayna üçün burada əsas məsələ İran daxilində hansı siyasi qüvvənin hakimiyyətə gəlməsi deyil. Əsas məsələ Rusiyanı dəstəkləyən Tehran rejiminin zəiflədilməsi və beynəlxalq təcridinin gücləndirilməsidir.

Bu baxımdan Kiyev son aylarda Rza Pəhləvi ilə münasibətləri açıq şəkildə inkişaf etdirməyə başlayıb.

Fevral ayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rza Pəhləvi arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüş keçirilmişdi. Görüşdən sonra Zelenski açıqlamışdı ki, Ukrayna İran xalqının gələcəyi uğrunda mübarizəsini dəstəkləyir və İran rejiminin qurbanları ilə həmrəy olduğunu bildirir. Tərəflər İran-Rusiya əməkdaşlığını, xüsusilə də “Şahid” dronlarının Rusiyaya verilməsini müzakirə etmişdilər.

Daha sonra tərəflər arasında ikinci görüş də baş tutub. Parisdə keçirilən təmas zamanı Zelenski bir daha vurğulayıb ki, Ukrayna azad və demokratik İran görmək istəyir. Həmin görüşdə də əsas müzakirə mövzusu İranın Rusiya ilə hərbi əməkdaşlığı və bunun region üçün yaratdığı təhlükələr olub

Bu məqam göstərir ki, Rza Pəhləvi artıq Ukraynanın diplomatik gündəmində təsadüfi qonaq deyil. O, Kiyevin İran siyasətində istifadə etdiyi siyasi alətlərdən birinə çevrilməkdədir.

Lakin burada başqa bir mühüm məsələ də var.

İran daxilində və xüsusilə də Güney Azərbaycan türkləri arasında Pəhləvi ailəsinə münasibət birmənalı deyil. Bir çox milli fəallar və müxtəlif etnik qruplar hesab edir ki, Pəhləvilər dövründə mərkəzləşdirilmiş fars millətçiliyi siyasəti həyata keçirilib, qeyri-fars xalqların hüquqları məhdudlaşdırılıb. Bu səbəbdən İran daxilində rejim əleyhdarı olmaq avtomatik olaraq Pəhləvini dəstəkləmək anlamına gəlmir.

Son illərdə İran müxalifəti daxilində də bu mövzu ciddi mübahisələr yaradıb. Bir tərəfdən monarxiya tərəfdarları Rza Pəhləvini keçid dövrünün lideri kimi təqdim etməyə çalışırlar. Digər tərəfdən isə respublikaçılar, etnik hərəkatlar və müxtəlif müxalif qruplar onun İran cəmiyyətində real dəstəyinin şişirdildiyini iddia edirlər. Beynəlxalq mediada da bu barədə fərqli qiymətləndirmələr yer alır.

Bununla belə, Ukrayna üçün bu mübahisələrin böyük hissəsi ikinci plandadır.


Kiyev hazırda İran daxilində kimin daha populyar olduğunu yox, kimin Tehran hakimiyyətinə qarşı daha təsirli beynəlxalq platforma yarada bildiyini hesablayır. Bu baxımdan Rza Pəhləvi Qərb siyasi dairələrində tanınan, ABŞ və Avropa paytaxtlarında qəbul edilən, İsrail tərəfindən də açıq simpatiya ilə qarşılanan fiqurlardan biridir.

Odessa səfərinin əsas siyasi mənası da burada ortaya çıxır.

Ukrayna Rusiyaya qarşı apardığı müharibədə İranı artıq dolayı iştirakçı deyil, birbaşa təhlükə mənbələrindən biri hesab edir. Buna görə də Tehran hakimiyyətinə qarşı olan qüvvələrlə əlaqələrin genişləndirilməsi Kiyevin yeni regional strategiyasının tərkib hissəsinə çevrilir.

Rza Pəhləvinin Qara Dəniz Təhlükəsizlik Forumunda görünməsi isə Ukraynanın bu mövqeyini beynəlxalq auditoriyaya nümayiş etdirmək üçün seçilmiş simvolik addımlardan biri kimi görünür.

Bu gün Odessa sadəcə Qara dəniz sahilindəki şəhər deyil. Burada həm də Rusiyaya qarşı savaşın yeni diplomatik cəbhələri formalaşır. Rza Pəhləvinin səfəri göstərir ki, Ukrayna artıq Moskvanın tərəfdaşlarına qarşı siyasi mübarizəni də genişləndirməyə çalışır və İran məsələsini bu strategiyanın mühüm elementlərindən biri hesab edir. (Musavat.com)

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az