
Prezident Donald Tramp Federal Fövqəladə Halların İdarə Edilməsi Agentliyinə (FEMA) rəhbərlik etmək üçün Kameron Hamiltonu namizəd göstərib.
Nyus.Az AP agentliyinə istinadən xəbər verir ki, Hamilton əvvəllər agentliyin müvəqqəti rəhbəri vəzifəsində çalışıb, lakin FEMA-nın ləğvi ideyasına etiraz etdikdən sonra işdən çıxarılıb.
Nəşrin məlumatına görə, Ağ Evin qərarı əvvəllər agentliyi ləğv etmək niyyətində olduğunu bildirən administrasiyanın mövqeyinin yumşalmasını göstərir. Senat tərəfindən təsdiqlənərsə, Hamilton Trampın ikinci müddətində FEMA-nın ilk daimi rəhbəri olacaq.
Agentlik qeyd edir ki, Senat Hamiltonun idarəetmə təcrübəsi ilə bağlı suallar qaldıra bilər. Qanuna görə, FEMA rəhbərinin fövqəladə halların idarə olunmasında sübut olunmuş səriştəsi və ən azı beş illik liderlik təcrübəsi olmalıdır.
Qeyd edək ki, FEMA son illərdə kütləvi meşə yanğınları və tufanlarla bağlı effektiv tədbirlər alınmamasında ittiham olunur.(Musavat.com)
Nyus.Az

























