
Ağ Ev administrasiyası 24 yanvarda Minneapolisdə (Minnesota) Sərhəd Patrul agenti tərəfindən törədilən və bir nəfərin ölümünə səbəb olan atışma ilə bağlı bütün halları araşdırır.
Nyus.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "The Wall Street Journal" qəzetinə müsahibəsində deyib: "Biz bunu araşdırırıq, araşdırırıq və nəticəyə gələcəyik".
Ondan 37 yaşlı ABŞ vətəndaşı, tibb qardaşı Aleks Pretti-nin ölümünə səbəb olan Sərhəd Patrul agentinin hərəkətlərinin məqsədəuyğun olub-olmadığı soruşulub: "Mən heç bir atışmanı sevmirəm. Amma kiminsə etiraz aksiyasına gedib iki dolu maqazinli, çox güclü, tam doldurulmuş silaha sahib olmasını xoşlamıram".
Bundan əlavə, ABŞ prezidenti immiqrasiya rəsmilərinin sonda Minneapolisdən geri çağırılacağını bildirib: "Bir anda biz gedəcəyik... Onlar möhtəşəm iş görüblər... Biz orada maliyyə fırıldaqçılığını araşdırmaq üçün başqa bir komanda qoyacağıq". Amerika administrasiyasının rəhbəri həmçinin demokratların rəhbərlik etdiyi digər ştat olan Kaliforniyadakı sosial təminat fırıldaqçılığının miqyasının Minnesotadakından xeyli böyük ola biləcəyini ehtimal edib. //Musavat.com//
Nyus>Az

























