• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
26-01-2026, 07:22

Ağ Ev yeni dünya düzəni ilə bağlı planını açıqladı: "ABŞ-ın daha müttəfiqi yoxdur" mesajı verildi

Ağ Ev yeni dünya düzəni ilə bağlı planını açıqladı: "ABŞ-ın daha müttəfiqi yoxdur" mesajı verildi


Ağ Evin yeni strategiyasında Çin ABŞ üçün əsas hədəf olaraq qalır, ancaq rəsmi Pekinin müttəfiqi Rusiya artıq "idarə olunan risk" qrupuna daxil edilib... Avropanın öz təhlükəsizliyinə cavabdeh olmasında israrlı mövqe tutan Ağ Ev ABŞ üçün "müttəfiqlər faydalı olduqları qədər əhəmiyyətlidir" prinsipini də ön plana çəkir...


ABŞ qlobal hədəflərinə olduqca ciddi dəyişikliklər etməklə, yeni dünya düzəninin formalaşma mərhələsinə hazırlıq prosesini böyük ölçüdə tamamlamış kimi görünür. Belə ki, Pentaqonun açıqladığı yeni milli müdafiə strategiyası ABŞ-ın qlobal güc prioritetlərinin açıq şəkildə yenidən sıralandığını göstərir. Həmin strateji sənəd mahiyyət etibarilə Ağ Evin artıq eyni vaxtda bütün regionlarda “tam məsuliyyət daşıyan hegemon dövlət” rolundan tədricən çəkildiyini təsdiqləyir. Və əsas diqqətin isə məhz Çinlə sistemli rəqabətə, eləcə də ABŞ ərazisinin təhlükəsizliyinə yönəltdiyini biruzə verir.

Onu da qeyd etmək lazımdır ki, bu yeni strategiya yalnız hərbi planlama sənədi deyil. Çünki bu sənəd ABŞ-ın müttəfiqlərinə, rəqiblərinə və neytral oyunçulara ünvanlanmış geopolitik mesaj xarakteri daşıyır. Yeni strategiyanın mərkəzində Çinin dayanması isə qətiyyən təsadüfi deyil. Belə ki, ABŞ artıq Çini yalnız regional güc deyil, həm də qlobal nizamı dəyişdirmək potensialına malik önəmli rəqib kimi qəbul edir. Sakit okean, Tayvan boğazı, texnoloji zəncirlər, süni intellekt və yarımkeçiricilər sənayesi və s. bu kimi strateji istiqamətlər ABŞ-Çin qarşıdurmasının əsas cəbhələri hesab olunur.

Ona görə də, son vaxtlar ABŞ hərbi resurslarını Avrasiya materikindən qismən çəkərək, Hind-Sakit okean məkanına yönəltməyə üstünlük verir. Ağ Ev ABŞ-ın müttəfiqlərindən, xüsusilə də Avropa ölkələrindən daha çox qlobal məsuliyyət yükünü paylaşımağı tələb edir. Və buna paralel olaraq, Çinlə dolayı, yaxud birbaşa iqtisadi əlaqələrə malik ölkələrə açıq şəkildə xəbərdarlıq mesajları verilir.



Məsələ ondadır ki, ABŞ prezidenti Donald Trampın Kanadanı Çinlə mümkün ticarət sazişinə görə 100 faizlik tariflərlə hədələməsi də bu strategiyanın yalnız hərbi xarakter daşımadığını göstərir. Yəni, bu strateji sənəd həm də sərt geoiqtisadi ölçüyə malikdir. Və Ağ Ev Çinin “dolayı yollarla” ABŞ bazarına daxil olmasını milli təhlükəsizlik riski kimi qiymətləndirdiyini qətiyyən gizlətmir.

Maraqlıdır ki, ABŞ-ın yeni strategiyasında ənənəvi beynəlxalq "düşmən" Rusiya artıq əsas prioritet hədəf deyil. Ancaq bununla belə, Ağ Ev Rusiyanı “daimi və idarəolunan təhlükə” statusunda gördüyü rəqiblərin sırasında saxlayır. Yəni, ABŞ açıq şəkildə etiraf edir ki, Rusiya hələ də ciddi hərbi-sənaye potensialına malikdir. Ukrayna savaşında ciddi şəkildə zəifləsə də bu dövlət uzunmüddətli müharibə aparmaq qabiliyyətini saxlayır. Və ən əsası isə Rusiya Şərqi Avropa və postsovet məkanında real hərbi təhlükə mənbəyi olaraq qalır.

Bütün bunlara baxmayaraq, Ağ Ev ABŞ-ın Rusiya ilə yanaşı Avropa dövlətlərinə yönəlik strateji mövqeyini də ciddi şəkildə dəyişib. Belə ki, ABŞ bundan sonra Avropa qitəsinin təhlükəsizlik yükünü tam şəkildə öz üzərində daşımaq niyyətində deyil. Çünki yeni strategiyada birmənalı şəkildə vurğulanır ki, NATO üzrə müttəfiqlərinin, xüsusilə də Almaniya, Fransa, Böyük Britaniya və Polşanın iqtisadi, eləcə də hərbi potensialı Rusiya təhlükəsini balanslaşdırmaq üçün yetərlidir.

Təbii ki, bu baxımdan, Ağ Ev tərəfindən Almaniya iqtisadiyyatının Rusiya iqtisadiyyatını üstələməsi ilə bağlı faktın xüsusi olaraq, qabardılması siyasi-psixoloji mesaj kimi görünür. Yəni, ABŞ dolayısıyla eyham vurur ki, Avropa dövlətləri artıq “zəif hədəf” deyil, sadəcə, siyasi iradə çatışmazlığı ilə bağlı problem yaşayır. Bu baxımdan, ABŞ açıq şəkildə bildirir ki, Ukraynanın müdafiəsi və ümumilikdə Avropanın təhlükəsizliyi artıq əsasən məhz "qoca qitə" ölkələrinin məsuliyyətində olmalıdır.



Belə anlaşılır ki, ABŞ NATO-nu tərk etməyəcək, ancaq bu hərbi-siyasi alyansdakı ənənəvi rolunu ciddi şəkildə optimallaşdıracaq. ABŞ qoşunlarının dislokasiyası daha çevik və məqsədyönlü xarakter daşıyacaq. Ukraynaya əsas hərbi və maliyyə dəstəyi məhz Avropa ölkələri tərəfindən təmin ediləcək. Və Ağ Evin bu yanaşma tərzi Avropanı dövlətlərini ya real strateji subyektə çevrilməyə, ya da uzunmüddətli təhlükəsizlik böhranı ilə üzləşməyə məcbur edə bilər.

Maraqlıdır ki, Ağ Evin aparat rəhbərinin müavini Stiven Millerin bu barədə açıqlamaları isə yeni strategiyanın siyasi-ideoloji və psixoloji məğzini açır. Onun “Rusiya yalnız ABŞ-dan qorxur” iddiası faktiki olaraq, Avropa ölkələrinin qarşı tərəfi hərbi aqressiyadan çəkindirmə qabiliyyətinin yetərincə ciddiyə alınmadığını etiraf edir. Və bu, Tramp administrasiyasının hərbi-siyasi gücün mərkəzləşdirilməsi, ənənəvi müttəfiqlərdən qarşılıqlı asılılığın tədricən azaldılması, ABŞ-dan qorxu faktorunun əsas çəkindirici alət kimi təqdim olunması taktikasına uyğun yanaşmadır.

Ağ Evin bu strateji mesajlarının daxili auditoriya ilə yanaşı, həm də Rusiya, Çin və İran kimi dövlətlərə yönəldildiyi isə qətiyyən şübhə doğurmur. Eyni zamanda, yeni strategiyada Qrenlandiya, Panama kanalı və Arktika ilə bağlı hədəflərin xüsusi vurğulanması da qətiyyən təsadüfi deyil. Çünki bu bölgələr qlobal ticarət və hərbi logistikanın "düyün nöqtələri"dir. Üstəlik, bu regionlar Çin və Rusiyanın fəallığının artdığı zonalardır, yaxın gələcək isə həm enerji, həm nəqliyyat-kommunikasiya marşrutlarının mərkəzinə çevrilə bilər.


Məsələ ondadır ki, əgər, ABŞ həmin bölgələrdə öz hərbi-strateji üstünlüyünü itirərsə, onda qlobal təsir imkanları da ciddi şəkildə zəifləyər. Ona görə də, Pentaqonun yeni milli müdafiə strategiyası ABŞ üçün qlobal hədəfləri fərqli prioritetlər üzərinə yönəldir. Belə ki, ABŞ əslində, qlobal liderlikdən qətiyyən imtina etmir. Ancaq onu daha məqsədyönlü, sərt və rasional modelə keçirməyi hədəfləyir.

Belə anlaşılır ki, Ağ Evin yeni strategiyasında Çin ABŞ üçün əsas hədəf olaraq, qalır. Ancaq Ağ Ev Çinin əsas müttəfiqlərindən biri olan Rusiyanı artıq "idarə olunan risk" qrupuna daxil etməyə üstünlük verir. Avropanın öz təhlükəsizliyinə cavabdeh olmasında israrlı mövqe tutan Ağ Ev ABŞ üçün "müttəfiqlər faydalı olduqları qədər əhəmiyyətlidir" prinsipini ön plana çəkir. Geoiqtisadi alətlər isə indi artıq ABŞ üçün hərbi güc qədər önəmli faktor hesab olunur.

Təbii ki, ABŞ-ın bu yeni strategiyası dəyişməkdə olan dünya nizamının əvvəlkindən ciddi şəkildə fərqli konturlarını daha aydın şəkildə təsəvvür etmək imkanları açır. Ağ Ev həm müttəfiqlərinə, həm də qlobal rəqiblərinə açıq şəkildə mesaj verir ki, yeni dünya düzənində ABŞ-ın yanında yer almağı bacarmayanlar geopolitik proseslərin obyektinə çevrilmək taleyi ilə barışmalı olacaqlar. Və bu, o deməkdir ki, Ağ Ev ABŞ-ın həm müttəfiqlərini, həm də qlobal rəqiblərini indiyə qədər mövcud olandan daha fərqli kriteriyalar üzrə yenidən müəyyən etmək niyyətindədir.

"Yeni Müsavat"

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az