
ABŞ prezidenti Donald Tramp Venesuelada prezidenti səlahiyyətlərini icra edən Delsi Rodrigezlə telefon danışığı aparıb.
Nyus.Az xəbər verir ki, məlumatı Tramp özünə məxsus Truth Social hesabında paylaşıb. Onun sözlərinə görə, danışıq zamanı neft, minerallar, ticarət və milli təhlükəsizlik məsələlərini müzakirə ediblər: "Venesuelanın sabitləşməsini və bərpasını dəstəkləyərkən böyük irəliləyişlər əldə edirik. Neft, minerallar, ticarət və əlbəttə ki, milli təhlükəsizlik də daxil olmaqla müxtəlif mövzuları müzakirə etdik", - deyə Tramp Rodrigezlə söhbətini "çox yaxşı" adlandırıb.//Musavat.com//
Nyus.Az

























