• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 24-10-2026 Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - FOTO
  • 24-10-2026 “Maşınları əllərindən alınacaq, kombiləri söküləcək?” - Nura Suri
  • 24-10-2026 ABŞ bir sıra Kanada mallarına 50 faiz rüsumu ləğv edib
  • 24-10-2026 SON DƏQİQƏ! Tramp İrana vaxt qoydu: "Gecə yarısı..."
  • 24-10-2026 Senatdan Ağ Evə Ukrayna ilə bağlı sərt ultimatum verildi
  • 24-10-2026 Orbanın qızı və kürəkəni Macarıstandan qaçır
  • 24-10-2026 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
  • 24-10-2026 Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
  • 24-10-2026 Qızılın qiyməti kəskin ucuzlaşdı
  • 24-10-2026 Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
  • 24-10-2026 Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
  • 24-10-2026 "Mən aliməm" - Nüşabə Ələsgərli
  • 24-10-2026 Messi karyerasının ən böyük uğurunu açıqlayıb
  • 24-10-2026 "Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - FOTO
  • 24-10-2026 İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
  • 24-10-2026 Valdas Dambrauskas ildə 50 kitab oxuyur
  • 24-10-2026 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
  • 24-10-2026 Usta işlədiyi evdən meyiti tapıldı
  • 23-10-2026 Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı - FOTO
  • 23-10-2026 Şimşək çaxacaq, intensiv yağış yağacaq - Proqnoz

XƏBƏRLƏR

    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
10-01-2026, 07:29

Əkrəm İmamoğlunun həbs müddəti uzadıldı

Əkrəm İmamoğlunun həbs müddəti uzadıldı


Hazırda həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri Əkrəm İmamoğlu və onunla birlikdə korrupsiya işi çərçivəsində mühakimə olunan digər şəxslərin həbsdə qalması barədə qərar qəbul edilib. İstanbul 40-cı Ağır Cəza Məhkəməsi tərəfindən keçirilən son iclasda İmamoğlu da daxil olmaqla, ümumilikdə 402 nəfərin həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılıb.

Nyus.Az xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanan və "İmamoğlu Cinayət Təşkilatı" adlandırılan quruluşla bağlı ittihamnamədə çox ciddi cəzalar nəzərdə tutulub. Əkrəm İmamoğlu "təşkilatın qurucusu və lideri" kimi təqdim olunur. Prokurorluq onun 142 müxtəlif cinayət əməlinə görə 828 ildən 2352 ilə qədər azadlıqdan məhrum edilməsini tələb edir. İttihamnamədə korrupsiya və qanunsuz maliyyə əməliyyatları ilə bağlı geniş iddialar yer alıb.

Prezidentliyə namizəd və İBB sədri kimi fəaliyyət göstərmiş Əkrəm İmamoğlu ötən ilin 23 mart tarixindən bəri Silivridəki Mərmərə həbsxanasında saxlanılır. Məhkəmənin bu gün keçirilən iclasında prokurorluğun vəsatəti təmin edilib və müttəhimlərin həbs müddətinin davam etdirilməsinə qərar verilib. İstanbul Baş Prokurorluğu məsələ ilə bağlı rəsmi açıqlama yayaraq mühakimə prosesinin davam etdiyini bildirib.

Qeyd edək ki, ötən ilin iyulun 16-da Əkrəm İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Əkrəm İmamoğluna "terrorla mübarizədə iştirak edən insanları hədəfə almaq"dan bəraət versə də, "vəzifə borcunu yerinə yetirdiyinə görə dövlət məmurunu açıq şəkildə təhqir etmək" maddəsi ilə 1 il 5 ay 15 gün, "hədə-qorxu" maddəsi ilə isə 2 ay 15 gün müddətinə azadlıqdan məhrum edib.

Bu məkəmə işi Türkiyənin ən böyük korrupsiya araşdırmalarından biri hesab olunur. İttiham olunan 402 nəfər arasında bələdiyyənin müxtəlif vəzifəli şəxsləri və iş adamları da var. Araşdırmanın nəticəsi olaraq hazırlanan İBB ittihamnaməsi çərçivəsində məhkəmənin növbəti iclaslarında şahidlərin dinlənilməsi və sübutların araşdırılması gözlənilir.//Milli.Az//

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az