
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-da keçirdiyi görüşlər zamanı Ankaranın Rusiya–Ukrayna müharibəsi ilə bağlı mövqeyini təqdim edib.
Nyus.Az xəbər verir ki, nazir bildirib ki, ABŞ tərəfi yalnız Qəzza məsələsində deyil, eyni zamanda Ukrayna üzrə danışıqlarda da vasitəçi rolunu oynayır.
Fidanın sözlərinə görə, ABŞ-da həftəsonu Qəzza ilə bağlı keçirilən görüşlərlə yanaşı, Rusiya, Ukrayna və Avropa nümayəndələrinin iştirakı ilə Ukrayna mövzusunda da danışıqlar aparılıb. Bu görüşlər Türkiyə tərəfinə Rusiya–Ukrayna müharibəsinin sülh yolu ilə başa çatdırılması istiqamətində baş verən son prosesləri qiymətləndirmək imkanı verib.
“Biz geniş və əhatəli fikir mübadiləsi apardıq. Türkiyə Prezidenti bu yaxınlarda [Vladimir] Putinlə Türkmənistanda görüş keçirmişdi və bu da bizə Rusiyanın mövqeyi ilə birbaşa tanış olmaq imkanı verdi. Eyni zamanda, amerikalıların, avropalıların və ukraynalıların öz aralarında apardıqları müzakirələr çərçivəsində mövqelərini də öyrəndik. Biz də öz növbəmizdə Türkiyənin mövqeyini onlarla bölüşdük,” – deyə Hakan Fidan bildirib.
Nazirin sözlərinə görə, Türkiyə Rusiya–Ukrayna müharibəsinin diplomatik yollarla, ədalətli və davamlı sülh əsasında həllini dəstəkləməkdə davam edir və tərəflər arasında dialoqun qorunmasını vacib hesab edir.//Musavat.com//
Nyus.Az

























