
II dünya müharibəsindən sonra yaradılan qlobal maliyyə sistemi təhlükədədir.
Nyus.Az Axar.az-a istinadən xəbər verir ki, bunu qlobal iqtisadiyyatda həlledici rola malik Rotşild ailəsinin ən yaşlı üzvü Yakob Rotşild söyləyib.
"11 sentyabr olayı və 2008-ci ildəki maliyyə böhranında bütün qüvvələr birlikdə çalışdı. Bu gün isə eyni münasibəti qurmaq çətindir. Hökumətlər əməkdaşlıq məsələlərində əzmli olmasa, iqtisadi çətinliklər artacaq", - Rotşild deyib.
Nyus.Az

























