• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 25-07-2026 Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu
  • 25-07-2026 Elnur Kərimovu ilan sancdı
  • 25-07-2026 İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
  • 25-07-2026 Süni intellektə ən çox verilən 10 sual
  • 25-07-2026 Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
  • 25-07-2026 “Apple” 20 illik yubileyə özəl “iPhone 20 Pro Max” hazırlayır
  • 25-07-2026 AMB qiymətli kağızların icarəyə verilməsi əməliyyatına başlayıb
  • 25-07-2026 Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib
  • 24-07-2026 Neymar tənqidlərə sərt cavab verdi
  • 24-07-2026 Neymar tənqidlərə sərt cavab verdi
  • 24-07-2026 Özgür Özel və daha 91 deputat CHP-ni tərk etdi – Yeni partiya yaradılır
  • 24-07-2026 Oğuzda əkin sahəsini yandıran şəxs müəyyən edilib
  • 24-07-2026 Bakı–Tbilisi qatarlarında sərnişin yerlərinin sayı 2 dəfə artırılıb
  • 23-07-2026 Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqləyib
  • 23-07-2026 Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
  • 23-07-2026 İyul ayının pensiyaları tam ödənildi
  • 23-07-2026 “Sədərək” və “Binə” bağlanır?
  • 23-07-2026 Sumqayıtda evdə kişi meyiti tapıldı
  • 23-07-2026 Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
  • 23-07-2026 Belə evləri alanlar uduzur — Açıqlama

XƏBƏRLƏR

    “Apple” 20 illik yubileyə özəl “iPhone 20 Pro Max” hazırlayır
    Neymar tənqidlərə sərt cavab verdi
    Neymar tənqidlərə sərt cavab verdi
    “Bu suala cavab vermək çətindir” - Qurban Qurbanov
    Azərbaycan klublarından tarixi rekord...
    Sabahın havası açıqlandı
    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
31-07-2025, 09:48

"Günəşi qaraltma" planı: ABŞ-nin gizli iqlim təcrübəsi üzə çıxdı

"Günəşi qaraltma" planı: ABŞ-nin gizli iqlim təcrübəsi üzə çıxdı


ABŞ-da bir qrup tədqiqatçı iqlim dəyişikliyi ilə mübarizə məqsədilə "Günəş işığını azaltma" texnologiyaları üzərində milyonlarla dollarlıq gizli bir layihə planlayıb.

Nyus.Az "Politico"ya istinadən xəbər verir ki, layihə ictimaiyyətdən və yerli idarəetmələrdən gizli şəkildə aparılıb.

Layihə çərçivəsində okean üzərinə duzlu su aerozolları püskürdürülərək buludların parlaqlaşdırılması və bununla da günəş şüalarının geri əks etdirilməsi planlaşdırılıb. Bu texnologiya, günəş geomühəndisliyi adlanan metodların bir hissəsidir və qlobal istiləşmənin azaldılması hədəflənir.

2023-cü ildə San-Fransisko Körfəzində həyata keçirilən və cəmi 20 dəqiqə davam edən bir sınaq, Vaşinqton Universitetinin rəhbərliyində həyata keçirilib. Bu, daha böyük miqyaslı layihənin ilk addımı idi. Universitetin "Dəniz Buludlarını Parlatma Proqramı" sənədlərinə əsasən, gələcək sınaqların Şimali Amerika, Çili və ya Cənubi Afrikanın qərb sahillərində 10 min kvadrat kilometrə yaxın sahədə keçirilməsi planlaşdırılıb.

Araşdırma qrupunun sınaqları ictimaiyyətə açıqlamamasının əsas səbəbi texnologiyanın hələ erkən mərhələdə olması və ictimai reaksiyalardan qorxulması olub. Araşdırmaçılar sınaqları "xalqı qorxutmamaq üçün" gizli saxladıqlarını etiraf ediblər. Alameda şəhərində sınaq zamanı yerli hakimiyyətə məlumat verilmədiyi üçün layihə şəhər şurası tərəfindən dərhal dayandırılıb.

Şəhər meri Merilin Ezzi Aşkraft bildirib ki, layihə haqqında yalnız "New York Times" məqaləsindən xəbər tutub və buna sərt reaksiya verib. Daha əvvəl, 2021-ci ildə İsveçdə oxşar bir layihə də yerli icmanın məlumatlandırılmaması səbəbilə ləğv edilmişdi.

Günəş geomühəndisliyi texnologiyaları havada dəyişikliklər yarada və kənd təsərrüfatına, ekosistemlərə və insan sağlamlığına təsir edə bilər. Mütəxəssislər bu texnologiyanın qəfil dayandırılmasının "dayanma şoku" adlı kəskin istilik artımına səbəb ola biləcəyini deyirlər. Bu səbəbdən, sadəcə araşdırma aparmaq belə ciddi etirazlara yol aça bilər.

ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) və Enerji Nazirliyi (DOE) bu layihəyə məhdud federal maliyyə dəstəyi versə də, siyasi etirazlar və Alameda sınağındakı uğursuzluq səbəbilə planlanan resurslara çıxış çətinləşib.

Çikaqo Universitetindən professor Deyvid Kit bu cür texnologiyaların araşdırılmasının vacib olduğunu, əks halda heç bir mübahisəli mövzuya toxunmağın mümkün olmayacağını deyir. Bununla belə, 575-dən çox alim, bu texnologiyaların qlobal miqyasda ədalətli və təhlükəsiz idarə oluna bilməyəcəyini əsas gətirərək, günəş geomühəndisliyinin tamamilə qadağan edilməsini tələb edir./qaynarinfo

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az