
Rusiyanın Kamçatka vilayətində ardıcıl zəlzələlər qeydə alınıb.
Nyus.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Məlumata görə, cəmi 45 dəqiqə ərzində bölgədə 5 yeraltı təkan baş verib.
Zəlzələlərin ən güclüsü 5,3 bal, ən zəifi isə 4,8 bal gücündə olub.
Hazırda bölgədə dağıntı və təlafat barədə məlumat yoxdur.//Milli.az//
Nyus.Az

























