• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 24-10-2026 Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - FOTO
  • 24-10-2026 “Maşınları əllərindən alınacaq, kombiləri söküləcək?” - Nura Suri
  • 24-10-2026 ABŞ bir sıra Kanada mallarına 50 faiz rüsumu ləğv edib
  • 24-10-2026 SON DƏQİQƏ! Tramp İrana vaxt qoydu: "Gecə yarısı..."
  • 24-10-2026 Senatdan Ağ Evə Ukrayna ilə bağlı sərt ultimatum verildi
  • 24-10-2026 Orbanın qızı və kürəkəni Macarıstandan qaçır
  • 24-10-2026 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
  • 24-10-2026 Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
  • 24-10-2026 Qızılın qiyməti kəskin ucuzlaşdı
  • 24-10-2026 Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
  • 24-10-2026 Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
  • 24-10-2026 "Mən aliməm" - Nüşabə Ələsgərli
  • 24-10-2026 Messi karyerasının ən böyük uğurunu açıqlayıb
  • 24-10-2026 "Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - FOTO
  • 24-10-2026 İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
  • 24-10-2026 Valdas Dambrauskas ildə 50 kitab oxuyur
  • 24-10-2026 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
  • 24-10-2026 Usta işlədiyi evdən meyiti tapıldı
  • 23-10-2026 Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı - FOTO
  • 23-10-2026 Şimşək çaxacaq, intensiv yağış yağacaq - Proqnoz

XƏBƏRLƏR

    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
23-06-2025, 08:23

Pentaqon: İranın nüvə proqramı məhv edildi

Pentaqon: İranın nüvə proqramı məhv edildi


ABŞ Müdafiə naziri Pit Heqset İranın nüvə obyektlərinə edilən hücumla bağlı açıqlamasında bildirib:

"Ali Baş Komandan Donald Trampdan hücum əmri aldıq, İranın nüvə proqramı artıq mövcud deyil."

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Den Keyn isə əməliyyatın detalları ilə bağlı deyib:

"İrana qarşı hücumda 7 ədəd B-2 və 4-cü və 5-ci nəsil döyüş təyyarələri istifadə olundu. Təyyarələr 18 saatlıq uçuş zamanı hədəf bölgəsinə çatdı. İranın hava hücumundan müdafiə sistemləri bizi aşkarlaya bilmədi."

ABŞ rəsmi olaraq müharibəyə daxil oldu
İsrail-İran müharibəsinin 10-cu günündə ABŞ ilk dəfə rəsmi və hərbi olaraq birbaşa müharibəyə qatıldı.

ABŞ ordusu gecə yarısı Fordo, Natanz və İsfahan nüvə obyektlərini bombaladı.

ABŞ Prezidenti Donald Tramp hücumdan sonra bəyanatla çıxış etdi:

"Fordo artıq mövcud deyil. Bu hücum ABŞ, İsrail və dünya üçün tarixi bir andır. İran indi bu müharibəyə son qoymağa razı olmalıdır."

"İranın nüvə proqramı artıq yoxdur" - Pentaqon
Pentaqonun bu gün verdiyi geniş bəyanatda, Müdafiə naziri Hegset bildirib:

"Əməliyyatın əsas məqsədi İranın nüvə proqramını tamamilə məhv etmək və ya ciddi zərər vermək idi. Biz bu məqsədə çatdıq. Lakin əməliyyat nə İran əsgərlərini, nə də mülki əhalini hədəf almayıb."

O əlavə edib:

"İranın nüvə ambisiyaları bitdi. Prezident Tramp danışanda bütün dünya onu dinləməlidir. O, sülh istəyir. İran da bu yolu seçməlidir."
"Bu əməliyyatı ABŞ-dan başqa heç bir ölkə həyata keçirə bilməzdi."

"ABŞ-ın çəkindirici gücü geri döndü"
Nazir Hegset Trampın əməliyyatı "cəld və ağıllı şəkildə" planlaşdırdığını qeyd edərək deyib:

"Bu əməliyyat göstərdi ki, ABŞ-ın çəkindirici gücü geri döndü.
Heç bir ölkə bu səviyyədə bir əməliyyatı həyata keçirə bilməzdi.
Tramp prezidentliyə başladığı gündən bəri deyirdi: İran nüvə silahına sahib ola bilməz!'"

"İlk dəfə bunker deşici bomba istifadə olundu"
O, əlavə edib:

"Trampın liderliyi sayəsində İranın nüvə ambisiyalarına son qoyuldu.
Əvvəlki prezidentlər bunu xəyal edirdi, amma heç biri bacarmadı.
Aylarla planlaşdırılan və gizli aparılan bu əməliyyat dünyadan tamamilə gizli həyata keçirildi.
Bu əməliyyatda ilk dəfə MOP adlı sığınacaq deşici bomba istifadə olunub.
Əməliyyatın adı: 'Gecəyarısı çəkici' olub."

Əməliyyatın detalları: 125 təyyarə, 75 sursat, 2 hədəf
Baş Qərargah rəisi Dan Keyn daha sonra çıxış edərək deyib:

"Cümə gecəsi B-2 təyyarələri diqqəti yayındırmaq üçün Sakit okeana yönəldi.
18 saatlıq uçuşla və minimum rabitə ilə hədəf bölgəsinə çatıldı.
Dünən axşam Prezident Trampın dediyi kimi, 14 bomba ilə 2 əsas hədəf vurulub.
İranın bütün nüvə infrastrukturu, İran saatı ilə 02:10-da İsfahan bölgəsində şok effekti ilə məhv edildi."

"Əməliyyatda cəmi 75 sursat, o cümlədən bunker deşici bombalar, 125 Amerika təyyarəsi, dənizaltılar, müasir hərbi gəmilər, yüzlərlə hərbçi iştirak edib.

Bu, ABŞ tarixində ən böyük B-2 bombardman missiyası və ilk MOP bombası əməliyyatı olub.

11 Sentyabr hücumlarından sonra ən uzun və ən irimiqyaslı hərbi əməliyyat hesab olunur."

Lalə Qüdrətova
Milli.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az