
Kolumbiyada silahlı hücum nəticəsində 8 nəfər həlak olub.
Nyus.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "El Tiempo" məlumat yayıb.
Məlumata görə, hadisə El-Tarra bələdiyyəsi ərazisində baş verib. Motosikletlərlə bilyard oyununun oynanıldığı binaya gələn naməlum şəxslər binanın içindəki insanlara atəş açıblar.
Hücum zamanı həmçinin daha 3 nəfər yaralanıb. Hadisənin təfərrüatı açıqlanmır.
Nyus.Az

























