
Qəzza sektorunda atışma zamanı 1 İsrail hərbi qulluqçusu xəsarət alıb.
Nyus.Az "Report"a istinadən xəbər verir ki, bu barədə İsrail ordusu "Twitter"də məlumat yayıb. "Qəzza sektorunun cənubunda atışma zamanı İsrail ordusunun zabiti yaralanıb", - deyə məlumatda bildirilir.
Məlumata görə, onun xəsarəti orta ağırdır. Yaralı xəstəxanaya yerləşdirilib.
Nyus.Az

























