
Nyus.Az "Report"a istinadən xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.
"Avropa Birliyi (AB) ilə Gömrük İttifaqında iştirak bizi ticarət sazişləri barədə rəsmi danışıqların aparılması və ya imzalanmasından saxlamamalıdır", - deyə nazir bildirib.
Bununla belə o, yeni ticarət sazişlərinin "Brexit"in implementasiya (həyata keçirilməsi-red) dövrü bitənədək qüvvəyə minməyəcəyini bildirib. Nazirin sözlərinə görə, Böyük Britaniya son 40 il ərzində ilk dəfə yeni saziş imzalamaq imkanı əldə edib.
Qeyd edək ki, ölkə 2019-cu ilin 29 martında Avropa Birliyini tərk edəcək. Britaniyanın qurumdan çıxması ilə bağlı sazişin şərtlərinin həyata keçirilməsi üçün keçid dövrü barədə razılaşmanın martın sonunadak əldə olunacağı gözlənilir.
Nyus.Az

























