• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 24-10-2026 Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - FOTO
  • 24-10-2026 “Maşınları əllərindən alınacaq, kombiləri söküləcək?” - Nura Suri
  • 24-10-2026 ABŞ bir sıra Kanada mallarına 50 faiz rüsumu ləğv edib
  • 24-10-2026 SON DƏQİQƏ! Tramp İrana vaxt qoydu: "Gecə yarısı..."
  • 24-10-2026 Senatdan Ağ Evə Ukrayna ilə bağlı sərt ultimatum verildi
  • 24-10-2026 Orbanın qızı və kürəkəni Macarıstandan qaçır
  • 24-10-2026 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
  • 24-10-2026 Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
  • 24-10-2026 Qızılın qiyməti kəskin ucuzlaşdı
  • 24-10-2026 Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
  • 24-10-2026 Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
  • 24-10-2026 "Mən aliməm" - Nüşabə Ələsgərli
  • 24-10-2026 Messi karyerasının ən böyük uğurunu açıqlayıb
  • 24-10-2026 "Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - FOTO
  • 24-10-2026 İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
  • 24-10-2026 Valdas Dambrauskas ildə 50 kitab oxuyur
  • 24-10-2026 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
  • 24-10-2026 Usta işlədiyi evdən meyiti tapıldı
  • 23-10-2026 Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı - FOTO
  • 23-10-2026 Şimşək çaxacaq, intensiv yağış yağacaq - Proqnoz

XƏBƏRLƏR

    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
2-04-2025, 08:28

Yeni ekzoplanet kəşf edildi - Suyu da var

Yeni ekzoplanet kəşf edildi - Suyu da var


Astronomlar "Super Yer" sinfinə aid olan yeni bir planet kəşf ediblər və bu kəşf kainatda diametri Yerin diametrindən iki dəfə böyük olan planetlərin niyə demək olar ki, olmadığını izah etməyə kömək edir.

Nyus.Az xəbər verir ki, TOI-512b adlandırılan bu planet TESS kosmik teleskopu və VLT yerüstü teleskopu vasitəsilə aşkar edilib. Günəş sistemimizdə müxtəlif ölçülərdə və xüsusiyyətlərə malik planetlər mövcuddur. Məsələn, Uran planeti ən qeyri-adi planetlərdən biridir və bu, son araşdırmaların da göstərdiyi kimi, onun peyklərinə də aiddir. Bu dünyalar okean planetləri ola bilər və TOI-512b planetinə gəldikdə isə, o da özündə suyu birləşdirir, lakin bu halda vəziyyət daha mürəkkəbdir.

Alimlər tərəfindən kəşf edilmiş və TOI-512b adlandırılmış planet bizdən 218 işıq ili uzaqlığında yerləşir və "Super Yer" sinfinə aiddir, yəni ölçü baxımından Yer planetindən böyükdür, lakin fərq o qədər də böyük deyil. Astronomlar müəyyən ediblər ki, bu planetin diametri Yerin diametrindən 1.5 dəfə böyükdür. Eyni zamanda, TOI-512b-nin kütləsi təxminən Yer kütləsindən 3.5 dəfə çoxdur. Yeni planetin diametri və kütləsi məlum olduqdan sonra astronomlar onun sıxlığını hesablaya biliblər - bu göstərici orta hesabla 1 kub santimetrə görə 5.62 qramm təşkil edir. Yəni TOI-512b Yer planetindən bir qədər daha sıxdır, çünki Yer kürəsinin orta sıxlığı 1 kub santimetrə görə 5.52 qramdır.

Əgər TOI-512b planeti Yer ölçüsündə olub bu sıxlığa malik olsaydı, bu onun qaya tərkibli və bərk səthə malik bir dünya olduğunu göstərərdi. Lakin TOI-512b həm ölçü, həm də kütlə baxımından Yerdən böyükdür, buna görə də məsələ o qədər də sadə deyil. Alimlər müəyyən ediblər ki, TOI-512b planetinin orbit dövrü cəmi 7 gündür. Yəni planet bir Yer həftəsində öz ulduzu ətrafında tam dövr edir, lakin bunu cəmi 9.8 milyon km məsafədə edir. Bu, Yer ilə Günəş arasındakı məsafədən təxminən 15 dəfə azdır. Bu da o deməkdir ki, bu planetdə həyatın olması mümkünsüzdür, çünki o, Günəşdən Yerə nisbətən öz ulduzundan təxminən 112 dəfə artıq istilik alır.

Kainatda astronomlar müxtəlif ölçülü çoxlu sayda planetlər aşkar ediblər, lakin diametri Yerin diametrindən 1.8 - 2.4 dəfə böyük olan planetlərə demək olar ki, rast gəlinmir. Bəzi nəzəriyyələrdən birinə görə, əvvəlcə Neptun ölçüsündə olan, qaz və buzla zəngin planetlər ulduzlarına daha yaxın məsafələrə doğru miqrasiya edirlər və ulduzlardan gələn şüalanma bu planetlərin atmosferini məhv edir. Nəticədə planetlərin ölçüsü kiçilir. Başqa bir nəzəriyyəyə görə isə, planetlərin yaranması zamanı daxildə qalan istilik onların dərinliklərindən qalın qaz təbəqəsinə doğru sızır, bu təbəqəni qızdırır və buxarlanmasına səbəb olur.

Bu da planetlərin ölçüsünün azalmasına gətirib çıxarır. Astronomlar hesab edirlər ki, yaşı 4-8 milyard il olaraq qiymətləndirilən TOI-512b planeti əvvəllər Neptun ölçüsündə - yəni Yer ölçüsündən təxminən 4 dəfə böyük olmuş ola bilər, lakin sonradan o öz atmosferinin böyük bir hissəsini itirib. Planetin sıxlığına, kütləsinə və həcminə əsaslanaraq astronomlar onun mümkün daxili quruluşunun modelini yaradıblar. Alimlərin fikrincə, bu planetin kiçik bir nüvəsi var və bu nüvə planetin kütləsinin 13%-ni təşkil edir; mantiyası 69%, su qatı isə planetin kütləsinin 16%-nə qədərini əhatə edir. Cəmi 2% kütlə atmosferdən qalan nazik qaz təbəqəsinə aiddir.

Müqayisə üçün, Yer planetində suyun kütlə payı 0.02%-dən çox deyil. Astronomların sözlərinə görə, əgər TOI-512b planetinin ölçüsü ulduzun şüalanması və istiliyi səbəbilə kiçilmiş olsaydı, onda planetdə nə su, nə də atmosfer ümumiyyətlə qalmazdı. Buna görə də böyük ehtimalla burada planetin daxili istiliyi rol oynayıb. Eyni zamanda, alimlər bildiriblər ki, bu, bütün planetlərin qaz halındakı örtüklərini eyni şəkildə itirdikləri demək deyil. Ola bilər ki, bəzi hallarda həm ulduzun istiliyi, həm də planetin daxili istiliyi bu prosesdə eyni anda təsir göstərir. Astronomlar deyirlər ki, əldə olunan nəticələri təsdiqləmək üçün TOI-512b-yə bənzər daha çox planet tapmaq lazımdır. /lent.az

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az