ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini bu ilin payızında Vaşinqtona dəvət edib.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ prezidentinin mətbuat katibi Sara Sanders bildirib.
S.Sanders deyib: "Helsinkidə prezident iki ölkənin təhlükəsizlik şuralarının əməkdaşları arasında dialoqun işgüzar səviyyədə davam etdirilməsi ilə razılaşıb. Prezident Tramp Con Boltondan (milli təhlükəsizlik üzrə müşavir) prezident Putini payızda Vaşinqtona dəvət etməsini istəyib".
REKLAM
www.yapikredi.com.az
Daha ətraflı
Native Video by Adributor
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında ilk tam formatlı görüş iyulun 16-sı Finlandiyanın paytaxtı Helsinkidə keçirilib.
Nyus.Az