• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 19-10-2026 Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026 Baş nazirin müavini təyin edilən Teymur Musayev kimdir? - Dosye
  • 19-10-2026 Yeni səhiyyə naziri kimdir? - Dosye
  • 19-10-2026 Teymur Musayev Baş nazirin müavini təyin edildi - Sərəncam
  • 19-10-2026 Anar Bayramov səhiyyə naziri təyin edildi
  • 19-10-2026 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyində - Fərman
  • 19-10-2026 "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." - ŞOK İTTİHAMLAR
  • 19-10-2026 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi
  • 19-10-2026 Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR – VİDEO
  • 19-10-2026 “Mercan Köşk” bu səbəbdən final etdi
  • 19-10-2026 Tramp İsrail xalqına müraciət etdi
  • 19-10-2026 Nizami rayonunda 2 gün su olmayacaq
  • 19-10-2026 Çempionlar Liqası matçını buraxacaqlar
  • 19-10-2026 Türkiyədə konsert faciəsi - Ölənlər var
  • 18-10-2026 Azərbaycanda polis rəisinin müavini vəfat edib
  • 18-10-2026 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
  • 18-10-2026 Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
  • 18-10-2026 Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
  • 18-10-2026 Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtdı
  • 18-10-2026 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib - (Foto)

XƏBƏRLƏR

    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
1-11-2024, 08:05

Ağ Evdə kimin olması Azərbaycanın maraqlarına uyğundur? - Tramp, yoxsa Harris...

Ağ Evdə kimin olması Azərbaycanın maraqlarına uyğundur? - Tramp, yoxsa Harris...





Prezidentin kim olması xarici siyasətdə ABŞ maraqlarının təmin edilməsi prioritetini dəyişdirmir, fərq hansı metodlardan istifadə edilməsi və hansı tərəflərlə işləməkdədir. Bu kontekstdə Azərbaycan üçün Tramp və Harrisin - respublikaçılarla demokratların yanaşması əsasdır, xüsusilə Ermənistana və erməni diasporu/lobbisinə olan münasibət fonunda. Məsələyə iki aspektdən yanaşmaq olar.

Nyus.Az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

Birincisi, tarixi xronologiyaya istinad;

XX əsrin əvvəlində ortaya atılan "böyük ermənistan" xülyası Vudro Vilsonun "yeni dünya xəritəsi" ilə "rəsmiləşmişdi". Paris Sülh Konfransında Topçubaşovun AXC-nin tanınması istəyini rədd edən Vilson xəritəsində də Azərbaycana yer ayırmamışdı. Bu, dövrün yeni qurulan geosiyasi şərtlərində ABŞ-ın planı olsa da, Vilsonun demokrat olması mənfi detal kimi tarixə həkk olunub.

70 il sonra Azərbaycan yenidən müstəqil olanda məlum "907-ci düzəliş" respublikaçıların dövründə qəbul edilib, hərçənd, Konqresdə demokratların - dövlət katibi olmuş Con Makkeyn və hazırki prezident Co Baydenin xüsusi fəallığı da unudulmamalıdır.

1997-ci ildə Heydər Əliyevin ABŞ-a səfəri Bakı-Vaşinqton münasibətlərində müsbət dönüş yaratdı. Həmin vaxt Ağ Evdə demorkatlar sahiblik edirdi, lakin Heydər Əliyevin respublikaçı Buşla səmimi görüşü, hətta evində qonaq olması da maraqlı məqam idi. Həmin illər beynəlxalq müstəvidə Qarabağ məsələsi ətrafında balansın Azərbaycanın xeyrinə dəyişməyə başlandığı dövr kimi qiymətləndirilir. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan iddia edir ki, balansın dəyişməsi Texas lobbisinin dəstəyi ilə mümkün oldu. Respublikaçıların üstünlük təşkil etdiyi Texas amili maraqlı detaldır.

Respublikaçı (oğul) Buşun prezidentliyi dövründə Bakı-Vaşinqton münasibətləri kifayət qədər müsbət olub. Burada 2001-ci ildən sonra ABŞ-ın "terror təhlükəsi"nə qarşı başladığı şərq ekspedisiyası həlledici amil olsa da, yuxarıda qeyd etdiyimiz kimi, Vaşinqtonun xarici maraqlarının həyata keçirilməsində Azərbaycanla əməkdaşlıq xəttini seçdiyi faktdır.

Demokrat Obamanın dövründə Bakı-Vaşinqton münasibətlərində "soyuq küləklər" daha çox müşahidə edilib. Bu, müəyyən mənada başı "ərəb baharına" qarışan Obama administrasiyasının Cənubi Qafqaza daha az diqqət ayırmasından da qaynaqlanırdı.

Azərbaycan-ABŞ münasibətlərinin, yaxud Vaşinqtondan Bakıya olan yanaşmanın tamamilə "respublikaçı-demokrat" seçimi üzərindən etmək doğru olmasa belə - erməni lobbisinin aktiv üzvləri arasında respublikaçılar da yer alır -, tarixi xronologiya bizim maraqlarımız baxımından respublikaçıların müsbət obrazını önə çıxarır.

İkincisi, son səkkiz ilin reallıqları - Tramp və Bayden administrasiyalarının müqayisəsinə istinad;

Trampın Qarabağdan gedən ermənilərlə bağlı "120 min xristian dəhşətli şəkildə təqib edilib" açıqlaması bu obrazla bağlı fikirləri qarışdırdı, hərçənd, bunun daha çox seçki mübarizəsinin elementi kimi irəli sürüldüyü aydın görünür. Bu, həm ABŞ-da əsasən demokratların namizədini dəstəkləyən erməni icmasının səsinə "elçi" düşmək, həm də Harrisin səslərini azaltmaq üçün xristianlıq kartından istifadə etməyə hesablanıb. Trampın seçiləcəyi təqdirdə, erməni maraqlarını prioritet tutacağını isə demək çətindir. 2017-2021-ci illərdə - Trampın prezidentliyi dövründə ABŞ-da erməni diasporu/lobbisinin çətin vəziyyətə düşməsi də bu fikri gücləndirir.

- 2017-ci ildə erməni diasporu Trampın qəbuluna düşməkdə ciddi çətinliklə üzləşmişdi, hətta həmin vaxt Ermənistan prezidenti olan Serj Sarkisyanın zənglərinə də Ağ Evdə cavab verilmədiyi haqda məlumatlar vardı;
- Trampın gəlişindən dərhal sonra "Qarabağdakı separatçılara" mina təmizləmə adı altında ayrılan maliyyə ilə bağlı tədqiqat başlanılmışdı;
- Daha sonra separatçılara ayrılan maliyyə vəsaitinin ixtisar edilməsi haqda qərar qəbul olundu;

Seçki mübarizəsində erməni diasporunun Trampa qarşı çıxması da bundan qaynaqlanır.

Trampın prezidentliyi dövründə Azərbaycanla münasibətlər normal məcrada davam etdiyi halda Baydenin gəlişindən sonra sərtləşdi, xüsusilə Xankəndidə separatizmin ləğvinə aparan proses və anti-terror tədbirləri zamanı demokratların erməni maraqlarının müdafiəsi məqsədilə Azərbaycana hücumları fonunda. Ağ Evdə mövcud administrasiyanın Cənubi Qafqazda Ermənistanı platforma kimi görməsi də maraqlarının təmin edilməsində hansı tərəfi seçdiyinin nümunəsidir.

Ağ Evdə "əl dəyişərsə", bu, Vaşinqtonun regional siyasətinin tamamilə dəyişməsi ilə nəticələnməsə belə, tarixi xronologiya və son 8 ilin müqayisəsi Trampın - respublikaçıların Azərbaycan maraqlarına daha uyğun olduğunu deməyə əsas verir.//milli.az/

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az