• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 19-10-2026 Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026 Baş nazirin müavini təyin edilən Teymur Musayev kimdir? - Dosye
  • 19-10-2026 Yeni səhiyyə naziri kimdir? - Dosye
  • 19-10-2026 Teymur Musayev Baş nazirin müavini təyin edildi - Sərəncam
  • 19-10-2026 Anar Bayramov səhiyyə naziri təyin edildi
  • 19-10-2026 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyində - Fərman
  • 19-10-2026 "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." - ŞOK İTTİHAMLAR
  • 19-10-2026 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi
  • 19-10-2026 Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR – VİDEO
  • 19-10-2026 “Mercan Köşk” bu səbəbdən final etdi
  • 19-10-2026 Tramp İsrail xalqına müraciət etdi
  • 19-10-2026 Nizami rayonunda 2 gün su olmayacaq
  • 19-10-2026 Çempionlar Liqası matçını buraxacaqlar
  • 19-10-2026 Türkiyədə konsert faciəsi - Ölənlər var
  • 18-10-2026 Azərbaycanda polis rəisinin müavini vəfat edib
  • 18-10-2026 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
  • 18-10-2026 Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
  • 18-10-2026 Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
  • 18-10-2026 Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtdı
  • 18-10-2026 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib - (Foto)

XƏBƏRLƏR

    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
30-09-2024, 08:38

Türkiyə bu qitədə güclənir: Xaricdəki ən böyük bazası…

Türkiyə bu qitədə güclənir: Xaricdəki ən böyük bazası…


Ankara Afrika strategiyasını dərinləşdirməkdə davam edir. Türkiyə Somali sahillərində həm neft yataqlarına maraq göstərir, həm də bu dövlətlə hərbi əməkdaşlığı genişləndirir. Somalidə qeyri-sabitlik hökm sürsə də, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan son iyirmi ildə bu ölkəni ziyarət edən ilk qeyri-Afrika ölkəsi lideri olub.

Nyus.Az xəbər verir ki, bu sözlər "Atlas" Araşdırmalar Mərkəzinin analizində əks olunub.

Təhlildə bildirilib ki, Türkiyənin xaricdəki ən böyük hərbi bazası Somalidə yerləşir:

"İki ölkə arasında neft yataqlarının kəşfiyyatı ilə bağlı bir sıra ikitərəfli sazişlər imzalanıb. Geoseysmik tədqiqatlar Somalinin ən azı 30 milyard barrel neft və qaz ehtiyatına malik olduğunu göstərir. Türkiyənin enerji təchizatı təxminən 74% idxaldan asılıdır, buna görə də Ankara enerji sektorunu şaxələndirmək niyyətindədir.

Afrika ölkələri Türkiyə ilə ticarət, diplomatik və təhlükəsizlik əlaqələrini gücləndirməyi hədəfləyiblər. Ankara Afrika ölkələri ilə ticarəti atırmaq və yeni azad ticarət zonaları yaratmaq siyasətini təşviq edir. Ankaranın Afrika siyasəti tərəflər üçün səmərə verən ən uğurlu istiqamətlərdən biri sayılır. Türkiyə son iyirmi ildə Afrikadakı səfirliklərinin sayını 2002-ci ildəki 12-dən 2022-ci ildə 44-ə yüksəldib. Türk Hava Yolları Afrikanın 62 istiqamətinə uçuşlar həyata keçirir, 38 Afrika ölkəsi isə Ankarada səfirlik açıb. Türkiyənin qitədə artan təsiri 2003-cü ildəki 5,4 milyard dollarlıq ticarətdən 2022-ci ildə 41 milyard dollara qədər yüksəlib. Türkiyə investorlarını Afrikanın gənc əhalisinin zəngin iqtisadi faydalar vəd edən mallara artan tələbatı cəlb edir".

Analizdə xatırladılıb ki, Ankaranın Afrikadakı fəallığı asan başa gəlmir:

"Türkiyə Afrikada ABŞ, Fransa, Rusiya və Çin kimi dövlətlərlə rəqabət aparmalıdır. Rəcəb Tayyib Ərdoğan Afrika ölkələri ilə 75 milyard dollarlıq ticarətin hədəfləndiyini səsləndirsə də, rəqiblərlə mübarizədə bu göstəriciyə çatmaq çətindir. Türkiyə indiyədək yalnız dörd Afrika ölkəsi ilə - Tunis, Misir, Mərakeş və Mavrikiya ilə azad ticarət müqaviləsi imzalayıb. Kasıb dövlətlər olan Somali və Sudan hələ də Türkiyədən yardım alırlar. Somali və Sudanın ticarət baxımından potensialı zəifdir.

Türkiyə Afrika ölkələrinə satdığı pilotsuz uçuş aparatları hesabına qara qitənin dördüncü ən böyük silah tədarükçüsünə çevrilib. Bununla belə, türk şirkətləri Çin firmaları ilə rəqabət aparmaqda çətinlik çəkirlər. Çin dövləti öz şirkətlərinə birbaşa "Exim Bank" vasitəsilə dəstək verir. Təkcə 2023-cü ildə Çinin Afrikadakı investisiyalarının həcmi 282 milyard dollara çatıb. Müqayisə üçün qeyd edək ki, Türkiyənin bu günə qədər Afrikaya sərmayəsi 10 milyard dollar civarında olub. Türkiyə Afrikada Çinlə ayaqlaşmaq üçün qara qitəyə yatırımlarının həcmini artırmalıdır. Ancaq bunu reallaşdırmaq çətindir. Çünki iqtisadi problemlərini həll etməyə çalışan Türkiyənin özünün yatırımlara ehtiyacı var".

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az