• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 20-10-2026 Bulvarda hər gün "qara kassa"ya 1000 manat yığılırmış – Keçmiş sədrin məhkəməsi
  • 20-10-2026 Kim Çen Inın öldüyü xəbəri yayılıb
  • 20-10-2026 “Çox nahaq yerə özün üçün yaşayırsan” - Nadir Qafarzadə
  • 20-10-2026 Dünyanın ən çox qazanan 10 futbolçusu
  • 20-10-2026 Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"
  • 20-10-2026 Bakıda dərs saatları dəyişdirilə bilər? – Ekspert rəyi
  • 20-10-2026 Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - VIDEO
  • 20-10-2026 Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
  • 20-10-2026 Bu gün iki zəlzələ qeydə alınıb - Güclü təkanlar gözlənilir? - VIDEO
  • 19-10-2026 Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026 Baş nazirin müavini təyin edilən Teymur Musayev kimdir? - Dosye
  • 19-10-2026 Yeni səhiyyə naziri kimdir? - Dosye
  • 19-10-2026 Teymur Musayev Baş nazirin müavini təyin edildi - Sərəncam
  • 19-10-2026 Anar Bayramov səhiyyə naziri təyin edildi
  • 19-10-2026 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyində - Fərman
  • 19-10-2026 "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." - ŞOK İTTİHAMLAR
  • 19-10-2026 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi
  • 19-10-2026 Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR – VİDEO
  • 19-10-2026 “Mercan Köşk” bu səbəbdən final etdi
  • 19-10-2026 Tramp İsrail xalqına müraciət etdi

XƏBƏRLƏR

    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
29-08-2024, 08:39

Rusiyadan ŞOK NÜVƏ TƏHDİDİ

Rusiyadan ŞOK NÜVƏ TƏHDİDİ


Ekspertlərə görə, Moskva bu ritorikadan çəkindirici məqsəd üçün istifadə edir, əslində isə indi nüvə bombası atmağa yox, Donetsk qələbəsini elan etməyə hazırlaşır

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri bu savaşın gedişində nüvə silahının tətbiq edilə biləcəyinə dair anonslar verilir. Bir neçə dəfə Rusiya təmsilçiləri kritik anda, Rusiya ərazisinə hücum baş verəcəyi təqdirdə nüvə silahından istifadə edəcəyini istisna etməyiblər.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev də belə təhdidlər səsləndirib. Hazırda müharibə Rusiya ərazisinə keçib və coğrafiyası genişlənir. Belə vaxtda Rusiya xarici işlər naziri Sergey Lavrov təşviş yaradan açıqlama verib. “Hazırda Rusiyanın nüvə silahından istifadə doktrinası dəqiqləşdirilir” - deyən Lavrovun sözlərinə görə, Qərb ölkələri Rusiya ilə münaqişənin eskalasiyasında maraqlıdır və bu siyasətindən əl çəkmək niyyətində deyil. Beləliklə, artıq rəsmi səviyyədə nüvə silahından istifadə planına dair açıqlama verilir. Rusiya bu addımı atarsa, qarşılığı nə ola bilər? Ümumiyyətlə, ölkə rəhbərliyi bu addımı atarmı, nüvə bombasından istifadə edərmi?

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli nüvə təhdidlərini çəkindirici faktor hesab edir. Onun fikrincə, Rusiya bu dəhşətli bombadan istifadə ritorikasını gücləndirməklə qorxudur: “Rusiya kritik anda taktiki nüvə başlığından istifadə edə bilər. Bu zaman bir şəhərin tamamilə yoxa çıxması mümkündür. Amma o an yetişməyib və Moskva zərurət görmür. Sözsüz ki, "soyuq müharibə"nin əsas elementlərindən biri tərəflərin nüvə silahı ilə bir-birini təhdid etməsidir. Eyni zamanda hibrid savaş getdiyini söyləmək lazımdır. SSRİ ilə ABŞ arasında görünməmiş bir “soyuq müharibə” indi yaşanmaqdadır. Hətta Karib böhranı belə olmamışdı. Lakin tərəflərin nüvə silahından istifadə etməsinə ehtiyac hiss olunmur. Rusiya öz ərazilərində genişmiqyaslı müharibənin başladığını görəcəksə, o zaman mümkün ola bilər. Kurskda olan ukraynalı hərbçiləri bölgədən çıxarmaq üçün nüvə bombası lazım deyil, onlar çox qala bilməyəcəklər, çünki canlı qüvvə sayında problemləri mövcuddur".

Onun sözlərinə görə, Rusiya 6 minə yaxın nüvə başlığı olduğunu iddia edir: “Əgər nüvə silahından istifadə etsə, Rusiya müharibədə öz vəziyyətini pisləşdirə bilər. Hazırda Kurskdan daha çox Pokrovski istiqamətinə diqqət yetirən Rusiya komandanlığı Donetskin inzibati sərhədlərinə çıxmağa hazırlaşır. Pokrovski hər iki tərəf üçün strateji nöqtədir. Burada ruslar nəzarəti təmin etsələr, Donetskin tam ələ keçirilməsi prosesi başa çatacaq. Ona görə Rusiya indi nüvə bombası atmağa yox, Donetsk qələbəsini elan etməyə hazırlaşır”.

Hərbi şərhçi onu da istisna etmir ki, müharibənin gedişində Kursk AES, yaxud Zaporojye AES zərər görə bilər: “Rafael Qrossi Kursk Atom Elektrik Stansiyasına baxış keçirdi və nüvə təhlükəsini elan etdi. Gələn həftə də Kiyevə gedəcək. Putin də bildirmişdi ki, Ukrayna hərbçiləri Kursk Atom Elektrik Stansiyasına zərbə endirməyə cəhd edib, amma qarşısı alınıb. Həmçinin Zaporojye Atom Elektrik Stansiyası ətrafında da risklər qalır. Nəzərə alaq ki, Avropanın ən böyük AES-i hesab olunur. Bu mənada əsl təhdidlər sözügedən istiqamətlərdədir”.

Fuad Əliyev

Siyasi şərhçi Fuad Əliyev Rusiyanın təhdidlərinin daha çox Qərbə yönəldiyini güman edir. Onun ehtimalına görə, Avropada bir müharibə xofu var və Moskva tez-tez nüvə silahını yada salmaqla canlarına vəlvələ salmağa çalışır: “Hələ ki hər şey buna getmir. Rusiya Kurskdan ukraynalıları çıxaracaq, Donbas əməliyyatını başa vurub möhkəmlənməyə çalışacaq. Sonra atəşkəs müzakirələri başlana bilər. İndi hər iki tərəf masada əlini gücləndirmək üçün cəbhədə nəticə əldə etməyə can atır. Çünki bütün müharibələr sonda sülhlə yekunlaşır. Rusiya nüvə bombasından istifadə etməyəcək və 4 regionda tam möhkəmləndikdən sonra danışıqlara razılaşacaq. Ancaq buna qədər Ukrayna Rusiyadan nəsə qopartmağa çalışır. Ona görə müharibə hələ o həddə çatmayıb ki, nüvə bombasına əl atmağa məcbur qalsınlar”.

Nüvə silahlarının sayı barədə son dərəcə təxmini fikir yürütmək olar, amma Amerika Alimləri Federasiyasının hesablamalarına görə, Rusiyanın 5977 nüvə başlığı (nüvə partlayışı yaradan qurğu) var. Hərçənd bu saya artıq istismardan çıxarılmış və utilizasiyaya göndərilməli başlıqlar da daxildir. Yerdə qalan təxminən 4500 başlıq strateji nüvə silahı (nüvə başlıqlarını uzaq məsafələrə çatdıra bilən ballistik raket) hesab olunur. Nüvə müharibəsi dedikdə məhz bu növ silahlardan istifadə nəzərdə tutulur. Digərləri daha az dağıdıcı olan, döyüş meydanında və ya suda tətbiq edilən taktiki nüvə silahları hesab olunur. Bütün bunlar o demək deyil ki, Rusiyanın istifadəyə hazır minlərlə uzaqmənzilli raketi var. Mütəxəssislərin qiymətləndirməsinə görə, Rusiyanın 1500-ə yaxın nüvə başlığı, sadəcə olaraq, bazalarda, aerodromlarda və ya sualtı qayıqlarda yerləşdirilmiş vəziyyətdədir. Hazırda 9 ölkə nüvə silahına malikdir. Bunlar ABŞ, Çin, Böyük Britaniya, Fransa, Hindistan, Pakistan, İsrail, Rusiya və Şimali Koreyadır. Çin, Fransa, Rusiya, ABŞ və Böyük Britaniya və digər ölkələr (cəmi 191 dövlət) Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə imzalayıb.

Bu müqavilədə onlar nüvə silahı ehtiyatlarını azaltmaq və nəzəri olaraq ondan tamamilə vaz keçmək öhdəliyi götürüblər. Həqiqətən də 1970-1980-ci illərdən sonrakı dövrdə bu ölkələr nüvə başlıqlarının sayını azaldıb. Amma Hindistan, Pakistan və İsrail bu müqaviləyə qoşulmayıb (İsrail nüvə silahına malik olduğunu rəsmən etiraf etməyib), Şimali Koreya isə 2003-cü ildə razılaşmadan çıxıb. İkinci Dünya müharibəsinin sonunda Xirosimaya atılan atom bombasının gücü “cəmi” 15 kiloton idi və 146 min insanın ölümünə səbəb olmuşdu. Müasir nüvə başlığının gücü 1000 kilotondan çox ola bilir. Belə bir döyüş başlığının partladığı ərazidə praktiki olaraq heç nə qalmır. Göz qamaşdıran bir parıltıdan sonra nəhəng alov topu (texniki baxımdan bu, son dərəcə intensiv işıq emissiyasıdır) və zərbə dalğası yaranır ki, ikisi birlikdə bir neçə kilometr radiusdakı bütün tikililəri məhv edir.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az