• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 25-10-2026 Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - VİDEO
  • 25-10-2026 “Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
  • 25-10-2026 Rafet El Romanın azərbaycanlı nişanlısı - FOTO
  • 24-10-2026 Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - FOTO
  • 24-10-2026 “Maşınları əllərindən alınacaq, kombiləri söküləcək?” - Nura Suri
  • 24-10-2026 ABŞ bir sıra Kanada mallarına 50 faiz rüsumu ləğv edib
  • 24-10-2026 SON DƏQİQƏ! Tramp İrana vaxt qoydu: "Gecə yarısı..."
  • 24-10-2026 Senatdan Ağ Evə Ukrayna ilə bağlı sərt ultimatum verildi
  • 24-10-2026 Orbanın qızı və kürəkəni Macarıstandan qaçır
  • 24-10-2026 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
  • 24-10-2026 Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
  • 24-10-2026 Qızılın qiyməti kəskin ucuzlaşdı
  • 24-10-2026 Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
  • 24-10-2026 Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
  • 24-10-2026 "Mən aliməm" - Nüşabə Ələsgərli
  • 24-10-2026 Messi karyerasının ən böyük uğurunu açıqlayıb
  • 24-10-2026 "Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - FOTO
  • 24-10-2026 İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
  • 24-10-2026 Valdas Dambrauskas ildə 50 kitab oxuyur
  • 24-10-2026 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız

XƏBƏRLƏR

    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
31-07-2024, 08:27

NEWS.ru: “Ermənistan ABŞ-nin nəzarətinə keçib” - Paşinyan niyə radionu amerikalılara verib?

NEWS.ru: “Ermənistan ABŞ-nin nəzarətinə keçib” - Paşinyan niyə radionu amerikalılara verib?


"Azadlıq" radiosunun keçmiş əməkdaşı, son 28 ildə Praqada yaşayan ABŞ vətəndaşı Armen Koloyan Ermənistan İctimai Radiosunun (EİR) yeni direktoru olub. Onun sələfi Qaregin Xumaryan hökuməti tənqid etdiyinə görə işdən çıxarılıb. İndi jurnalist məhkəməyə hazırlaşır.

Nyus.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın "NEWS.ru" portalının materialında deyilir.

Ekspertlər hesab edirlər ki, Qərbin informasiya resursları uzun müddətdir Ermənistan xalqının şüurunu anti-Rusiya ruhunda emal edir və bu trendin dəyişəcəyi ehtimalı çox azdır. Bəs görəsən Ermənistan hökuməti ABŞ-nin onun media məkanına girməsinə niyə icazə verib?

Yeni radio direktoru necə seçilib?

İyulun 29-da İctimai Yayım Şurasında səsvermə keçirilib, nəticədə EİR-in icraçı direktoru vəzifəsinə uzun illər "Azadlıq" radiosunun Praqadakı proqram mərkəzində işləmiş 67 yaşlı ABŞ vətəndaşı Armen Koloyan seçilib. Ermənistanın "Hraparak" qəzetinin yazdığına görə, o, hökumətin tövsiyə etdiyi namizəd olub.

Koloyan EİR-in rəhbəri vəzifəsinə demək olar yekdilliklə seçilib: o, 6 səsdən 5-ni alıb. Ondan başqa müsabiqədə daha 7 namizəd iştirak edib, onlar arasında yalnız jurnalist Nazeli Ohanyan 1 səs toplaya bilib, qalanları bu səsə də həsrət qalıblar. Elə yenidən seçiləcəyini gözlənilən keçmiş radio direktoru Qaregin Xumaryan da.

Xumaryanın səlahiyyət müddəti de-yure bu ilin aprelində, de-fakto isə daha əvvəl - o, rəhbərlik etdiyi dövlət radiostansiyasında Ermənistanın baş naziri Nikol Paşinyanı tənqid edəndən sonra başa çatmışdı.

Xatırladaq ki, fevralda Paşinyan "Təhlükəsizlik vəziyyəti" adlı radioproqramda Ermənistanın müstəqillik bəyannaməsini "nənənin tikdiyi qırmızı paltar" və iki qonşu ölkəni - Türkiyə və Azərbaycanı isə qıcıqlandırılmamalı "öküzlər" adlandırmışdı. Daha sonra o, ölkənin müstəqillik bəyannaməsi, himni və gerbinin dəyişdirilməsini təklif etmişdi.

Xumaryan Paşinyanın bu bəyanatlarını tənqid edərək, hakimiyyəti müdafiə qabiliyyətini artırmaq üçün kifayət qədər tədbirlər görməməkdə və dost olmayan ölkələrə güzəştə getməkdə ittiham etmişdi. Onun fikrincə, ermənilərdən özləri kimi olmamaq tələb olunurdu.

Düzdür, o, daha sonra auditoriya qarşısında üzr istəyib və baş nazirin müsahibəsinin yaxşı jurnalistika işi hesab edilə bilməyəcəyini bildirib. Lakin onun səlahiyyət müddəti başa çatdıqdan sonra İctimai Yayım Şurası yeni direktorun seçilməsi və Xumaryanın vəzifəsindən uzaqlaşdırılması barədə qərar qəbul edib.

Xumaryan niyə məhkəməyə müraciət etmək qərarına gəlib?

Koloyanın qələbəsindən sonra Xumaryan onun yerini Ermənistan yox, ABŞ vətəndaşı tutmasından narazılığını bildirib. O, həmçinin 2010-cu ildən bəri adət halını halmış prosesin yaşanmamasından - Şuranın səsverməsində müstəqil ekspertlərin iştirak etməməsindən də narazılığını izhar edib. Xumaryanın sözlərinə görə, Şuranın hazırkı tərkibində ona qərəzli yanaşan hakim partiyanın indiki və keçmiş deputatları üstünlük təşkil edir, ona görə də səsvermənin nəticələri əvvəlcədən müəyyən edilmişdi, seçki isə sadəcə imitasiyaya çevrilib. Jurnalist qeyd edib ki, bunu Koloyanın Ermənistanın Hökumət Evinə səfərləri də göstərir. EİR keçmiş rəhbəri məhz bu məqamla bağlı məhkəmə iddiası hazırlayır və səsvermənin nəticələrinin etibarsız sayılmasını tələb edəcək.

"Məsələ bu sahədəki bir sıra çox nüfuzlu ekspertlərlə müzakirə olunub və ümumi bir anlayış var ki, vəziyyətə müvafiq hüquqi qiymət verilməlidir. Çox güman ki, bu gündən etibarən müsabiqənin nəticələrinə dair şikayət prosesinə başlayırıq. Proses proqnozlaşdırıla bilən idi, ona görə də iddialar əvvəlcədən hazırlanmışdı", - Xumaryan feysbukda yazıb. O, həmçinin digər müsabiqə iştirakçılarına da müraciət edərək müstəqil müsabiqə komissiyasının fəaliyyətini bərpa etməyə dair çağırış edib.

Erməni KİV-də nələr baş verir?

Ermənistanda əmindirlər ki, İR icraçı direktoru vəzifəsinə ABŞ vətəndaşının seçilməsi təsadüfi deyil. Ölkədəki nüfuzlu teleqram kanalının müəllifi Mikael Badalyan bildirib ki, Vaşinqtonun Ermənistanın media resurslarına, eləcə də ölkədəki ictimai həyatın demək olar bütün sahələrinə təsiri bu gün çox böyükdür. Onun sözlərinə görə, hazırda ölkədə bütün müxalifət KİV-lər bağlanır, stansiyaların yayımı dayandırılır, onların tezlikləri isə hakimiyyətə sadiq olan resurslara verilir.

"Nikol Paşinyan Ermənistanı ABŞ-nin xarici nəzarətinə verir. ABŞ-nin ölkədəki yeganə vəzifəsi nə yolla olur olsun, Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaqdır və bu məsələdə nə Ermənistanın, nə də ölkə xalqının milli maraqları nəzərə alınmır. Amerikalılar yaxşı bilirlər ki, informasiya sferası bu gün ən vacib alətdir. İnformasiya müharibəsi döyüş meydanındakı müharibədən geri qalmır. Bəzi məqamlarda isə o, daha vacibdir. Biz insanların ağıllı davranması üçün mübarizə aparmalıyıq. Bu fürsət qaçırılsa, sonradan nəyisə sübut etmək çox çətin olacaq. Amerikalılar isə bunu sübut edir və bunu çox effektiv şəkildə edirlər", - Badalyan qeyd edib.

O vurğulayıb ki, Ermənistanda müxalifət resurslarının bu gün hakimiyyətin təzyiqlərinə uğurla müqavimət göstərdiyi yeganə informasiya platforması teleqramdır. Onun sözlərinə görə, bu sosial şəbəkə hazırda Ermənistan cəmiyyətində etimad və inam səviyyəsinə görə liderdir.

Moskva ABŞ vətəndaşının EİR-ə rəhbər təyin olunmasına necə reaksiya verib?

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədrinin birinci müavini Aleksey Juravlyov bildirib ki, Qərb vaxtilə həm Gürcüstanda, həm də Ukraynada istifadə olunan metodologiya ilə hərəkət edir. Onun sözlərinə görə, qərblilər medianın köməyi ilə insanların beynini ələ keçirməyə qərar veriblər. Deputat İrəvanda mitinqlər və iğtişaşların başlayacağını da proqnozlaşdırıb.

"İlk növbədə insanların şüurunu ələ keçirmək lazımdır, bunun üçün isə mediaya təsir imkanlarından istifadə etmək lazımdır. Ona görə də təkcə ideoloji cəhətdən asılı olmyan, həm də xarici QHT-lər və "Soros" kimi müxtəlif fondlar tərəfindən dəstəklənən Qərbin məxluqatları hər yerdə önə çəkilir. Ermənistan mətbuatında bu dəyişikliklər baş verirsə, qarşıda yalnız pis olayların yşanacağını demək olar. Bəlkə də haralardasa küçə iğtişaşlarını yatırmaq üçün birləşmələr, həmişə Qərbin silahı olmuş radikal millətçilər artıq təlimlər keçirlər", - Juravlyov bildirib.

Paşinyan niyə Ermənistanda Qərbin nüfuz agentlərini irəli çəkir?

Moskva ilə İrəvan arasında münasibətlər son bir neçə ildə nəzərəçarpacaq dərəcədə soyuyub. Ermənistan hakimiyyəti hesab edir ki, Rusiya KTMT-də müttəfiq kimi 2020-ci ildəki II Qarabağ müharibəsi zamanı ölkəni tək buraxdı, lazımi dəstəyi göstərmədi. İrəvanda Qərbə üz tutmanı ölkənin təhlükəsizliyini yaxşılaşdırmaq istəyi ilə izah edirlər. İyulun əvvəlində Paşinyan bildirib ki, Ermənistan ABŞ ilə münasibətlərin səviyyəsini strateji tərəfdaşlığa yüksəltməyə hazırdır. Onun fikrincə, belə tərəfdaşlıq həm İrəvan, həm də Vaşinqton üçün daha ​​firavan gələcəyə töhfə verəcək.

"Paşinyan Rusiya ilə münasibətlərin mümkün qədər pisləşəcəyini və Qərblə münasibətlərin yaxşılaşacağını gözləyir, lakin o, belə bir ssenarinin inkişafını istəməyən Ermənistanın sadə sakinlərindən qorxur", - deyə Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Sergey Markov söyləyib. Onun fikrincə, Qərbin nəzarətində olan resurslar Ermənistanın baş nazirinə bu maneəni aradan qaldırmağa kömək etməlidir.

"Qərb resursları Ermənistan əhalisinin şüurunu anti-Rusiya ruhunda inkişaf etdirmək, daha radikal çevriliş üçün şərait yaratmaq istəyir. Məlum olduğu kimi, Paşinyanın özü "Soros" fondunun yetirməsidir. Deməli, bu KİV ona çox yaxındır, doğmadır. Biz Rusiyaya qarşı daha bir xəyanət, Qərbə dönüş və ölkəni "ukraynalaşdırma" yolu ilə fəlakətə sürükləmək tendensiyası görürük", - deyə Markov fikrini yekunlaşdırıb.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az