
ABŞ İordan çayının qərb sahilində mülki fələstinlilərə qarşı zorakılıqda iştirak edən İsrail Müdafiə Qüvvələrinin çavuşuna qarşı sanksiyalar tətbiq edib.
Nyus.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Sənəddən məlum olduğu kimi, çavuş Elor Azariyaya qarşı "insan hüquqlarının kobud şəkildə pozulması, o cümlədən adam öldürmə" maddəsi ilə məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.
Nyus.Az

























