Türkiyə Silahlı Qüvvələri daha bir yaşayış məntəqəsini azad etdi
Suriyanın Afrin bölgəsində davam edən "Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri daha bir yaşayış məntəqəsini terrorçulardan təmizləyib.
Nyus.Az Trend-ə istinadən xəbər verir ki, bununla da Afrində azad edilən yaşayış məntəqələrinin sayı 13-ə çatıb.
Bildirilir ki, əməliyyatlar zamanı 20-dən çox terrorçu əsir götürülüb, 214 obyekt məhv edilib.