
ABŞ-ın Merilənd ştatında “Capital Gazette” nəşrinin redaksiyasında baş vermiş silahlı insident nəticəsində bir neçə nəfər ölüb.
Atəş açan şəxs saxlanılıb.
Hadisənin baş verdiyi Ann-Arandel dairəsinin polis şerifi Ron Beytman cinayətkarın redaksiyadan kənarda saxlanıldığını bildirib.
Yerli KİV-lər insident nəticəsində həmçinin çoxlu sayda yaralıların olduğunu bildirirlər.
Təfərrüatlar hələlik açıqlanmır.
***
Musavat.com xəbər verir ki, qəzet redaksiyasına silahlı basqın nəticəsində azı 4 nəfər ölüb, 22 nəfər isə yaralanıb. Silahlı basqını təşkil edən şəxs saxlanıldıqdan sonra redaksiyada axtarış aparıldığı bildirilib.

























