Tbilisidə “Xarici agentlər haqqında” qanun layihəsinə qarşı mitinq başa çatıb
Gürcüstanın paytaxtı Tbilisidə parlament binası yaxınlığında xarici agentlərlə bağlı qanun layihəsinə etiraz aksiyası başa çatıb.
Nyus.Az bu barədə report.az-a istinadən xəbər verir.
Rustaveli prospektində parlament binası qarşısında onlarla etirazçı hələ də qalmaqdadır. Ərazidə polis əməkdaşları da var. Onlar etirazçılara bildiriblər ki, tezliklə şəhər xidmətləri prospektə çıxacaq və yolu təmizləyəcək.