[center][/center]
Ukraynada dövlət qulluqçularının 2,6 faizindən çoxu ordu sıralarına səfərbər olunub.
Nyus.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Qulluğu Məsələləri üzrə Milli Agentliyinin məlumatında deyilir.
Bildirilib ki, Ukraynada ümumən 159 min 333 məmur var. Onlardan 4 180 nəfəri səfərbər olunub, yaxud müdafiə qüvvələri və silahlı birləşmələrdə xidmət keçir.
Nyus.Az