ABŞ İsrailə 18 milyardlıq silah satır - “Politiko”
Bayden administrasiyası İsrailə 50 ədəd F-15 döyüş təyyarəsi, həmçinin 30 ədəd orta mənzilli AIM-120 raketi və sərbəst düşən bombaları dəqiq idarə olunan silaha çevirən JDAM dəstlərini satmağı nəzərdən keçirir.
Nyus.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Politiko" nəşri məlumat yayıb.
Məlumatda satılacaq qırıcı, raket və döyüş sursatlarının ümumi dəyərinin 18 milyard dollar olduğu bildirilib.