
Fransanın şimalında "Esso-Exxonmobil" neft emalı zavodunda yanğın baş verib.
Bu barədə BFMTV kanalı məlumat yayıb. Yanğın “xam neftin yanacağa çevrilməsi mərkəzində” günorta saatlarında baş verib. Hadisə ilə əlaqədar şəxsi heyət təxliyə edilib.
BFMTV-nin verdiyi məlumata görə, beş nəfər tibbi yardıma müraciət edib, onlardan ikisi xəstəxanaya yerləşdirilib.
Axşam saatlarında yanğın lokallaşdırılıb.//apa/
Nyus.Az

























