
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukraynanı İraq və Əfqanıstanla səhv salan ABŞ Prezidenti Co Baydeni "nadir axmaq" adlandırıb.
Nyus.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə D.Medvedyev Teleqram kanalında yazıb.
"Nadir axmaq", - deyə Medvedyev Baydenin müsahibəsindən fraqment paylaşaraq qeyd edib.
Qeyd edək ki, MSNBC kanalına müsahibə verən Bayden Amerikanın səhv etdiyini, Əl-Qaidənin lideri Üsamə bin Ladenə görə "Ukraynaya getməməli" (Əfqanıstan əvəzinə) olduğunu deyib.
Nyus.Az

























