
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan on ildən çoxdur kəsilən əlaqələri bərpa etmək məqsədilə gələn ay Misirə səfər edəcək.
Nyus.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Blumberq" Türkiyə rəsmilərə istinadla məlumat yayıb.
Bildirilib ki, Prezident Ərdoğan və Misir Prezidenti Əbdülfəttah əs-Sisi arasında keçiriləcək danışıqlarda əsas diqqətin Qəzzadakı fələstinlilərə yardım və müharibəyə son qoymaq üçün atılacaq addımlara yönələcəyi gözlənilir.
Nyus.Az

























