
ABŞ İsrailə qarşı prinsipial mövqe sərgiləyən BMT-nin İnsan Haqları Komitəsini tərk edəcək.
Nyus.Az teleqraf.com-a istinadən bildirir ki, ABŞ mediasında gedən məlumata görə, dövlət katibi Mike Pompeo bu gün bununla bağlı qərarı rəsmən açıqlayacaq.
Qərara Mike Pompeo ilə yanaşı ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Haley və Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton da dəstək verib.
Qeyd edək ki, BMT İnsan Haqları Komitəsi iyulun 2-də Fələstin-İsrail münasibətlərini müzakirəyə çıxaracaq.