
[b]İsrail HƏMAS-ın anklavda saxlanılan bütün israilli girovların azad edilməsi müqabilində Qəzza zolağında hərbi əməliyyatların dayandırılması təklifini rədd edir.[/b]
Nyus.Az axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
"HƏMAS qaçırılanların azad edilməsi müqabilində müharibənin bitməsini, qüvvələrimizin Qəzzadan çıxarılmasını, Nuxbadan (HƏMAS-ın xüsusi bölməsi - red.) bütün qatillərin və təcavüzkarların azad edilməsini və HƏMAS-a toxunulmazlıq tələb edir. Bununla razılaşsaq, hərbçilərimizin ölümü əbəs olacaq, buna razı olsaq, vətəndaşlarımızın təhlükəsizliyinə təminat verə bilməyəcəyik", - nazir bildirib.
Nyus.Az

























