
Moskvanın mərkəzində yerləşən İlyinka küçəsində yüksək sürətlə hərəkət edən taksi səkiyə çırpılaraq 7 nəfəri vurub.
Musavat.com-un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, yaralanlar arasında, iki Azərbaycan, iki Meksika, iki Rusiya və bir Ukrayna vətəndaşı olub. Qırğızıstan vətəndaşı olan sürücü hadisə yerindən qaçmaq istərkən, ətrafdakı adamlar tərəfindən saxlanılıb.
Hadisəni Moskva meri Sergey Sobyanin öz nəzarətinə götürüb. Sürücü ifadəsində yuxulu olduğunu desə də, hüquq-mühafizə orqanları terror versiyası üzərində də işləyir. Çünki bu qəza İŞİD-in son vaxtlar əl atdığı taktikaya da bənzəyir.
Nyus.Az

























