
"Barselona"nın istedadlı üzvü Xoel Lopes komandanı tərk edib.
Nyus.Az qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubunun yetirməsi olan 15 yaşlı cinah müdafiəçisi İngiltərəyə yollanmaq qərarına gəlib.
O, karyerasını "Arsenal"da davam etdirəcək. "Liverpul" da gənc istedadın xidmətində maraqlı olsa da, Lopes seçimini "topçular"ımn xeyrinə edib.
Qeyd edək ki, daha əvvəl Sesk Fabreqas da "Barselona"nın akademiyasından "Arsenal"a üz tutmuşdu.

























