• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 25-10-2026 Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - VİDEO
  • 25-10-2026 “Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
  • 25-10-2026 Rafet El Romanın azərbaycanlı nişanlısı - FOTO
  • 24-10-2026 Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - FOTO
  • 24-10-2026 “Maşınları əllərindən alınacaq, kombiləri söküləcək?” - Nura Suri
  • 24-10-2026 ABŞ bir sıra Kanada mallarına 50 faiz rüsumu ləğv edib
  • 24-10-2026 SON DƏQİQƏ! Tramp İrana vaxt qoydu: "Gecə yarısı..."
  • 24-10-2026 Senatdan Ağ Evə Ukrayna ilə bağlı sərt ultimatum verildi
  • 24-10-2026 Orbanın qızı və kürəkəni Macarıstandan qaçır
  • 24-10-2026 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
  • 24-10-2026 Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
  • 24-10-2026 Qızılın qiyməti kəskin ucuzlaşdı
  • 24-10-2026 Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
  • 24-10-2026 Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
  • 24-10-2026 "Mən aliməm" - Nüşabə Ələsgərli
  • 24-10-2026 Messi karyerasının ən böyük uğurunu açıqlayıb
  • 24-10-2026 "Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - FOTO
  • 24-10-2026 İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
  • 24-10-2026 Valdas Dambrauskas ildə 50 kitab oxuyur
  • 24-10-2026 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız

XƏBƏRLƏR

    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
19-10-2023, 07:37

Dəlillər Qəzzadakı yaraqlıların əleyhinədir, ölü sayı şişirdilib - "Guardian" xəstəxanaya hücumdan yazdı

Dəlillər Qəzzadakı yaraqlıların əleyhinədir, ölü sayı şişirdilib - "Guardian" xəstəxanaya hücumdan yazdı


Oktyabrın 17-də, axşam, Qəzza zolağındakı Əl-Əhli xəstəxanasının atəşə tutulmasında münaqişə tərəfləri bir-birini ittiham etsə də, dəlillər daha çox fələstinli yaraqlıların əleyhinədir. Zərərçəkmişlərin sayı isə şişirdilib.

Nyus.Az report-a istinadən xəbər verir ki, bu qənaətə "Guardian"ın analitik məqaləsində gəlinib.

Məqalədə xatırlanıb ki, Fələstin rəsmiləri 471 nəfərin ölməsi, 314 nəfərin yaralanmasına səbəb olan partlayışı İsrailin hava hücumu ilə əlaqələndirib. İsrail isə olayın Fələstin İslami Cihad qrupunun uğursuz raket atışı nəticəsində baş verdiyini bildirib. Açıq mənbələrdən olan video və xəbər yayımları əsasında aparılan kriminalistik ekspertiza hadisənin hansı şəraitdə baş verdiyinə dair təsəvvürlər yaradıb. Onlarda xəstəxananın yerli vaxtla saat 18:59-da vurulduğu, binanı bürüyən nəhəng narıncı şleyf əks olunub.

"Al Jazeera" telekanalının yayımından Qəzza üzərində atılmış raketin yüksəldiyi, daha sonra alovlanmağa başlandığı görünür. Bir müddət sonra xəstəxanada partlayış olur.

Partlayış haqqında ilk məlumatlar 19:00-19:20 arasında daxil olmağa başlayıb. Bu müddətdə HƏMAS-ın teleqrama kanallarında İsrailə zərbə endirilməsinə dair məlumatlar dərc olunub. Belə ki, 19:00-da birində İsrailin Aşdod şəhərinə "raket hücumu" edildiyi bildirilib, digərində Təl-Əvivə hücum təsvir olunub.

20:14-də isə HƏMAS əlavə məlumat təqdim edərək R160 raketi vasitəsilə şimaldakı Hayfanı atəşə tutduğunu bəyan edib. Bunun ardınca Qəzzadakı rəsmilər mətbuata açıqlama verərək xəstəxanadakı partlayışda İsraili günahlandırıb və hadisəni "dəhşətli qətliam" adlandırıblar.

Partlayışın baş verdiyi dəqiq yeri zərbənin yaratdığı xəstəxana ərazisindəki kraterdən müəyyənləşdirmək mümkündür. Uzmanların fikrincə, sözügedən krater "yetərincə dərin deyil".

Pentaqonun keçmiş müşaviri Mark Qarlasko "Guardian"a deyib ki, itkilərin sayı şişirdilib: "Say astronomik dərəcədə yüksəkdir, doğrudursa, bu bütün zamanların ən böyük diapazonudur".

"Krater hava hücumuna uyğun gəlmir, onun uğursuzluqla nəticələnən və faydalı yükünü geniş əraziyə buraxan silah olması ehtimalı daha yüksəkdir. Krater və ətrafdakı zədələr də JDAM hava bombası ilə uyğun gəlmir. Yerdəki dəlik kinetik enerjidən yaranıb", - o vurğulayıb.

Londondakı Krallıq Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun (RUSI) böyük elmi işçisi Castin Bronk görüntülərdə JDAM bombalarına uyğun gələn heç bir kraterin və ya izin əks olunmadığını dilə gətirib. O bununla bağlı yekun nəticəyə varılmadığını da vurğulayıb. Mütəxəssisin fikrincə, dəymiş ziyanın miqyası belədirsə, raket nasazlığı daha ağlabatandır.

"Partlayışdan bir neçə saat sonra həkimlər yerdə yığılıb qalmış meyitlərin əhatəsində kədərli mətbuat konfransı keçiriblər", - qəzet yazıb.

Nəşr qeyd edib ki, xəstəxana hələ ötən həftə də hücuma məruz qalıb. Bundan sonra hospital rəhbərliyi İsrailin xəbərdarlığını xatırladaraq, insanları ərazini tərk etməyə çağırıb.

Yepiskop Hosam Naumun sözlərinə görə, xəstəxana ərazisini 5 000-ə yaxın insan tərk etsə də, bölgə növbəti dəfə aviazərbələrə məruz qalandan sonra onların əksəriyyəti xəstəxananın ərazisini daha təhlükəsiz hesab edərək qayıdıb.

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az