
ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı Çinə casusluqda təqsirli bilinib. Onu azadlıqdan ömürlük məhrum etmə cəzası gözləyir.
Bu barədə RİA "Novosti" məlumat yayıb.
Məlumata görə, yekun qərarı məhkəmə çıxaracaq. 2017-ci il, iyunun sonlarında sabiq məmura qarşı Çinin xeyrinə casusluq ittihamları irəli sürülüb. Cinayət işinə əsasən o, Çinin xüsusi xidmət orqanlarına 3 sənəd verib. Onlardan ikisi məxfi, biri isə tam məxfi sənədlər olub.
ABŞ-ın xüsusi xidmət orqanlarının məlumatına görə, Çin tərəfi ümumilikdə 8 məxfi sənəd əldə edib. Sabiq məmur buna görə 25 min dollar pul əldə edib.

























