• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 25-10-2026 Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - VİDEO
  • 25-10-2026 “Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
  • 25-10-2026 Rafet El Romanın azərbaycanlı nişanlısı - FOTO
  • 24-10-2026 Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - FOTO
  • 24-10-2026 “Maşınları əllərindən alınacaq, kombiləri söküləcək?” - Nura Suri
  • 24-10-2026 ABŞ bir sıra Kanada mallarına 50 faiz rüsumu ləğv edib
  • 24-10-2026 SON DƏQİQƏ! Tramp İrana vaxt qoydu: "Gecə yarısı..."
  • 24-10-2026 Senatdan Ağ Evə Ukrayna ilə bağlı sərt ultimatum verildi
  • 24-10-2026 Orbanın qızı və kürəkəni Macarıstandan qaçır
  • 24-10-2026 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
  • 24-10-2026 Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
  • 24-10-2026 Qızılın qiyməti kəskin ucuzlaşdı
  • 24-10-2026 Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
  • 24-10-2026 Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
  • 24-10-2026 "Mən aliməm" - Nüşabə Ələsgərli
  • 24-10-2026 Messi karyerasının ən böyük uğurunu açıqlayıb
  • 24-10-2026 "Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - FOTO
  • 24-10-2026 İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
  • 24-10-2026 Valdas Dambrauskas ildə 50 kitab oxuyur
  • 24-10-2026 Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız

XƏBƏRLƏR

    Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
    Messi karyerasının ən böyük uğurunu açıqlayıb
    Valdas Dambrauskas ildə 50 kitab oxuyur
    "Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
    Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
    Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
    UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
    Dünyanın ən çox qazanan 10 futbolçusu
    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
7-10-2023, 08:32

Peru nəşri ermənilərin Azərbaycan ərazisindəki vəhşiliklərindən yazdı

Peru nəşri ermənilərin Azərbaycan ərazisindəki vəhşiliklərindən yazdı


Peru Jurnalistlər Federasiyasının rəsmi portalında dərc olunan "Nəhayət ki, Qarabağa sülh gəldi" sərlövhəli məqalədə ermənilərin Azərbaycan ərazisindəki vəhşilikləri işıqlandırılıb.

Azərbaycanın Perudakı Səfirliyindən verilən məlumata görə, məqalədə respublikamızın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən uzun illər qanunsuz işğalı, etnik təmizləmələrin aparılması, nəticədə bir milyondan çox vətəndaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi xatırladılır.

Qeyd edilir ki, 2020-ci ildə Ermənistanın yeni təxribatlarına cavab olaraq, Azərbaycanın başladığı Vətən müharibəsi nəticəsində bu ölkənin silahlı qüvvələri tam məğlubiyyətə uğradılaraq təslim olub.

Daha sonra məqalədə müəllif digər Latın Amerikası jurnalistləri ilə birlikdə Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına səfəri haqqında təəssüratlarını, bu zaman onların şahidi olduqları erməni vəhşiliklərinin izlərindən, şəhər və kəndlərin, mədəni, tarixi irs abidələrinin, qəbiristanlıqların dağıdılması və talan edilməsindən, dini məbədlərin təhqir edilməsindən, ekosid, hər yerin minalanmasından dəhşətə gəldiklərini bölüşür.

Müəllif vurğulayır ki, belə vandal hərəkətləri ilə ermənilər bu torpaqlarda Azərbaycan haqqında istənilən yaddaşı silməyə çalışıblar.

Məqalədə Azərbaycanın qələbəsindən sonra yaranmış yeni reallıqlardan, ölkənin rəhbərliyi tərəfindən azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işlərinin həyata keçirilməsi və doğma torpaqlarından qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışının təmin edilməsi üçün görülən tədbirlərdən bəhs edilir.

Müəllif qeyd edir ki, cari il sentyabrın 19-da lokal antiterror tədbirlərinin keçirilməsi, Azərbaycan Ordusunun torpaqlarımızda qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələrinin qalıqlarını sarsıdıcı məğlubiyyətə uğratması və Qarabağda qondarma cinayətkar rejiminin özünü buraxması nəticəsində respublikamızın bütün ərazisi üzərində suverenliyinin tam bərpa edilməsinə nail olub.

Məqalədə ölkəmizin rəhbərliyinin Qarabağda yaşayan və ölkə sərhədini tərk edən erməniəsilli sakinlərin çoxmillətli Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə çağırışının vacibliyi qeyd olunur.

Vurğulanır ki, Azərbaycan öz tərəfindən regionda dayanıqlı sülhün, təhlükəsizliyin, sabitliyin və rifahın təşəkkül tapması üçün zəruri olan bütün addımları atır.

Sonda müəllif, Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyə və sülh müqaviləsinin imzalanmasına maneə törətməməyə çağırır.//milli.az//

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az