
Fransada Əmək Gününə həsr olunan pensiya islahatına qarşı etirazlar zamanı 100-dən çox polis və jandarm yaralanıb.
Nyus.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri Cerald Darmanen deyib.
"20-si Parisdə olmaqla 108 polis və jandarm yaralanıb", - deyə o bildirib.
Onun sözlərinə görə, bütün Fransada keçirilən etiraz aksiyalarında 291 nəfər saxlanılıb, onlardan 90-ı Parisdə olub.
C.Darmanin həmçinin qeyd edib ki, nümayişlərdə pilotsuz təyyarələrdən istifadə Lionda meriya binasına hücum edən aqressiv etirazçıları tez bir zamanda saxlamağa imkan verib.
Nyus.Az

























