
Rusiyada benzinin qiyməti qalxıb.
Nyus.Az AZƏRTAC-a istinadən xəbər verir ki, mayın 21-25-də Rusiyada Ai-92 və Ai-95 markalı benzinin bir litrinin qiyməti müvafiq olaraq 76 və 79 qəpik artaraq 40,76 və 43,6 rubl olub. Ekspertlərin fikrincə, Rusiya hökuməti benzinin qiymətini tənzimləmək üçün benzin və dizel yanacağı aksizlərinin qiymətini aşağı salmalıdır.
“Thomson Reuters Kortes” mərkəzinin məlumatına görə, benzin daha çox Şimali Qafqazda bahalaşıb. Burada Ai-92 markalı benzinin bir litri 41,34 rubla, Ai-95 isə 44,03 rubla satılır.
Rusiya aeroportlarında bir ton aviasiya benzinin dəyəri 576 rubl artaraq, 53 min 819 rubla, dizel yanacağının qiyməti 79 qəpik artaraq 43,65 rubla çatıb.
Nyus.Az

























