
Fələstin lideri Mahmud Abbas xəstəxanadan evə buraxılıb.
Bu barədə ABC xəbər verib. Məlumata əsasən, M.Abbas mayın 28-də xəstəxananı tərk edib. “Şükür Allaha, bu gün xəstəxanadan evə buraxıldım. Hazırda sağlamam və sabahdan iş başında olmağı planlaşdırıram”, deyə Fələstin lideri bildirib.
83 yaşlı Fələstin lideri mayın 20-də xəstəxanaya yerləşdirilmişdi. Buna səbəb kimi onun qulaq əməliyyatı keçirdikdən sonra vəziyyətinin pisləşməsi göstərilirdi.
Nyus.Az

























