
G-20-yə üzv altı ölkə Venesueladakı prezident seçkilərini tanımayıb.
Bununla bağlı “Böyük İyirmilik” ölkələrinin XİN rəhbərləri səviyyəsində keçirilən sammitində bəyanat qəbul olunub.
Belə ki, Argentina, Avstraliya, Kanada, Çili, ABŞ və Kanada seçki prosesinin leqitimliyini şübhə altına alaraq, seçkiləri qeyri-qanuni hesab ediblər.
Qeyd edək ki, ötən gün Venesuela prezidenti Nikolas Maduro seçicilərin 68 faizinin səsini qazanaraq ölkədə keçirilən prezident seçkilərində qələbə qazanıb. Müxalifət seçkilərin nəticələrini tanımadığını bəyan edib.(APA)

























