
İran mətbuatında Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın ölümü ilə bağlı yayılan iddiaları vəliəhdin ofisi, dolayı yolla da olsa, yalanlayıb.
Vəliəhdin ofisinin rəhbəri Bədr əl-Asakir Tvitterdə vəliəhdin Misir lideri Əbdülfəttah Sisi ilə çəkilmiş fotolarını paylaşıb.
“Bir neçə gün bundan əvvəl Misir Prezidenti Əbdülfəttah Sisinin ev sahibliyi ilə gerçəkləşdirilən görüş davam edir”, - Asakir fotonu şərh edib.
Xatırldaq ki, İran mediası Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın 21 apreldə “çevrilişə cəhd” zamanı öldürüldüyünü, buna görə də 27 gündür heç yerdə görünmədiyini yazmışdı.


























