
Dünya Antidopinq Agentliyinin (World Anti-Doping Agency -WADA) Təsisçilər Şurasının növbəti toplantısı 2018-ci ilin noyabr ayında Bakıda keçiriləcək.
Nyus.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə təşkilatın "Twitter" səhifəsi məlumat yayıb.
Mayın 17-də Monrealda (Kanada) təşkilatın Təsisçilər Şurasının iclası olub. Həmçinin agentliyin İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda Rusiya Antidopinq Agentliyi statusunun WADA məcəlləsinə uyğun gəlmədiyinə dair qərarın müddəti uzadılıb.
Təşkilat 2015-ci ilin noyabr ayında WADA-nın akkreditasiyasından məhrum edilib.

























