
Cümə axşamı Cənubi Koreyanın Ulsan şəhərindəki kimya zavodunda xlor sızması nəticəsində üç nəfər zərər çəkib.
Bu barədə polis nümayəndəsi məlumat verib.
Hadisə "Hanwha" şirkətinə məxsus müəssisədə baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, zavodun ən azı üç əməkdaşı zəhərlənib. Onların vəziyyəti və hadisənin digər detalları açıqlanmır.

























